Azərbaycanla Belarusun gömrük orqanları arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası gömrük xidmətinin dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Fevralın 27-də nümayəndə heyəti Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Belarus gömrük xidmətləri arasındakı işgüzar əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib. Tərəflər gömrük sistemində rəqəmsallaşma, informasiya texnologiyalarının tətbiqi, risklərin təhlili, tranzit, poçt daşımaları sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər ətrafında müzakirələr aparıblar.

Eyni zamanda, Belarus gömrük xidmətinin fəaliyyətinə dair geniş təqdimat nümayiş etdirilib.

Səfər çərçivəsində iki ölkənin gömrük orqanları arasında “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq Planı” sənədi imzalanıb.

Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus gömrük xidmətinin poçt vasitəsilə daşınan bağlamaların rəsmiləşdirildiyi struktur bölməsində olub, gömrük nəzarəti, çeşidləmə proseslərini izləyiblər.

Son xəbərlər

Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib

Ermənistanda sərxoş sürücü polislərə atəş açıb

İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031