Turaztv.az » Xəbərlər » Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 44 mini ötüb
Xəbərlər

Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 44 mini ötüb

24.02.2023, 23:38 450
Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 44 mini ötüb
Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 44 min 218-ə yüksəlib. 7,7 bal gücündə ilk zəlzələdən sonra 9136 afterşok qeydə alınıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Oxşar xəbərlər