Tanınmış şərqşünas alim Esmeralda Həsənovanın xatirəsi anılıb
Dekabrın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış şərqşünas alim, türkoloq, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın 90 illiyinə həsr olunmuş tədbirdə xatirəsi anılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu il dünyasını dəyişmiş E.Həsənovanın Azərbaycan şərqşünaslığında böyük xidmətləri olduğunu bildirib. Türkologiya elminə dəyərli əsərləri ilə böyük töhfə verən Esmeralda xanımın elmi fəaliyyətində çox aktual məsələləri tədqiq etdiyini deyən G.Baxşəliyeva alimin elmimizin yeni nəsli üçün əsl örnək olduğunu söyləyib. Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinə uğurla rəhbərlik etmiş E.Həsənovanın tədqiqatlarının bütün respublikanın ziyalılarında böyük maraq oyatdığını bildirən G.Baxşəliyeva alimin bir sıra ölkələrin elmi dairələrində, xüsusilə Türkiyədə mütəxəssislər arasında yaxşı tanındığını vurğulayıb. Akademik G.Baxşəliyeva E.Həsənovanın şərqşünaslıq elmimiz qarşısında xidmətlərinin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini bildirərək, 2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiyini xatırladıb.

Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri vəzifəsini icra edən, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Esmeralda Həsənovanın əsərlərinin beynəlxalq müstəvidə müasir türkoloji problemlərin öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyini deyərək, alimin Türkiyənin tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, din, millətçilik, din və dövlət münasibətlərinə dair yazdığı əsərlərinin bir çox dünyaşöhrətli alimlərin və dövlət xadimlərinin marağını cəlb etdiyini vurğulayıb.

Şərqşünaslıq İnstitutunun əməkdaşlarından tarix üzrə fəlsəfə doktorları Əmmar Abbasov və Fərda Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları Dürdanə Cəfərli və Elvüsal Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov, eləcə də Mirzə Ənsərli anım tədbirində çıxış edərək, Esmeralda Həsənovanın elmi nailiyyətlərini yüksək qiymətləndiriblər, onun şərqşünaslıq elmimizin gənc nəslinə böyük qayğısından danışıb və alimin itkisinin Azərbaycan şərqşünaslığı üçün çox ağır olduğunu qeyd ediblər.
Tanınmış şərqşünas alim Esmeralda Həsənovanın xatirəsi anılıb
Tanınmış şərqşünas alim Esmeralda Həsənovanın xatirəsi anılıb
Tanınmış şərqşünas alim Esmeralda Həsənovanın xatirəsi anılıb

Son xəbərlər

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930