Sayt rəhbəri II qrup əlilin Prezidentə  təkrar müraciəti
Sayt rəhbəri II qrup əlilin Prezidentə  təkrar müraciəti

Sayt rəhbəri II qrup əlilin Prezidentə  təkrar müraciəti

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının I Vitse Prezidenti
Mehriban xanım Əliyevaya

Surəti: Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər üzrə
prezidentin köməkçisi cənab Anar Ələkbərova

Abşeron rayonu Polis İdarəsində qeydiyyatda olan,hal-hazırda Yasamal rayonu
Nazim Hikmət küçəsi,bina 28 mənzil 13-də kirayə yaşayan
anadangəlmə II qrup əlil Dadaşov Cəmil Zəbhulla oğlu tərəfindən


MÜRACİƏT

Çox hörmətli cənab Prezident!
Mən Cəmil Zəbhulla oğlu Dadaşov 1961-ci ildə Şamaxı rayonunun Dəmirçi Sovetliyinin Zarat kəndində anadangəlmə əlil doğulmuşam. Sağ qolumun oynaqdan aşağı hissəsi yoxdur. II qrup əlil olmağıma baxmayaraq, uşaqlıqdan sol əlimlə yazmağı, oxumağı və müəyyən işləri görməyi öyrənmişəm. Gələcək həyatım acınacaqlı keçməsin deyə təhsil almışam. 15 ilə yaxın dövlət qulluğunda işləmişəm. Uşaqlıqdan mətbuata marağım olduğu üçün həmişə bu sahədə çalışmaqla, dövlətə və dövlətçiliyimizə xidmət etmək arzum olub. Artıq 21 ilə yaxındır ki, qəlbən bağlandığım mətbuatdayam. 2002-ci ildən indiyədək təsis etdiyim “Ədalət və Həqiqət” beynəlxalq ictimai-siyasi hüquq qəzetinin həm də baş yazarıyam. Vaxtilə ölkəmizə ləyaqətlə rəhbərlik etmiş ulu öndərin və sonra onun layiqli davamçısı - Siz cənab İlham Əliyevin apardığı siyasətin mahiyyətini, uğurlu dövlət quruculuğunu, daxili və xarici siyasi kursun ölkədə və beynəlxalq aləmdə tanıdılmasında həmişə əlimdən gələni əsirgəməmişəm. Bir mətbuat işçisi olaraq töhfələrimi bacardığım qədər xalqa çatdırmağa çalışmışam və bundan sonra da tutduğum müqəddəs yolu şərəflə, ləyaqətlə davam etdirəcəyəm. Məni bu yoldan heç bir qüvvə çəkindirə bilməz.
Cənab Prezident!
Ailəm mənim ən yaxın silahdaşımdır. Yaşayışımın acınaqcaqlı vəziyyətdə olmasından neçə ildir həyat yoldaşım ürək nevrozu diaqnozu ilə yataq xəstəsidir. Qızım Bakı Biznes və Kooperasiya kollecinin tələbəsidir, illik təhsil ödənişlərini ödəməkdə çox çətinlik çəkirəm. İşlədiyim bu uzun illər ərzində dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm. Sizin ünvanınıza da özümün çətin durumumla, II qrup əlil olmağımla bağlı müraciətlər göndərmişəm. Mövcud yaşayışımla əlaqədar vəziyyət, normal yaşamağım üçün mənzilimin olmaması məni Azərbaycan vətəndaşı kimi çox narahat edir. Əlilliyə görə aldığım təqaüd ancaq kirayə puluna güclə çatır. Ailəmin dərmanlarını imkansızlığa görə ala bilmirəm.
Məktubumun əvvəlində qeyd etdiyim kimi, həmişə ölkəmizin mənafeyini öz mənafeyimdən üstün tutmuşam. Əqidəmlə, vicdanımla yaşamağı üstün saymışam. Artıq səhhətim günü-gündən pisləşir. İşim mənə güc gəlir. Ailəmin - övlad yanında başıaşağı, xəcalətli qalmışam. Uzun illər başqa-başqa mənzillərdə kirayədə qalmağım mənim özümü də bezdirib.
Cənab Prezident!
Əlil kimi bu gün də fəaliyyətimi davam etdirirəm. Tək qolumla işləyirəm. Mövcud yaşayış şəraiti normal fəaliyyətimə mane olur, evsizliyə görə çox əziyyət çəkirəm. Normal əmək fəaliyyətinə başlamaq üçün evdə gözləntilərim olur. Odur ki, Sizdən sadaladığım problemləri, səhhətimi, sağlamlığımı nəzərə alıb mənzillə təmin olunmağıma köməklik göstərməyinizi xahiş edirəm.
Şahidiyəm ki, Sizin - cənab Prezidentimizin bütün sahələrdə atdığı humanist addımlar minlərlə ailəyə xoşbəxtlik gətirmişdir. Sizin bir Prezident olaraq humanistliyiniz, nəcibliyiniz və xeyirxahlığınız, ali missiyaları daşımağınız hər bir dövlət qurumuna nümunədir. İstərdim ki, aidiyyəti qurumlar Sizin nümunənizdən faydalanıb, ibrət dərsi götürüb mənə köməklik etsinlər. İnanıram ki, cənab Prezident, məhz Sizin müdaxilənizdən sonra həmin qurumlar ailəmizə sevinc bəxş edəcək, Azərbaycanın əlil vətəndaşı olan Mənə - Cəmil Zəbhulla oğlu Dadaşova yardım əlini uzadacaq, ailəmin mənzillə təmin olunmağına lazımi köməklik göstərəcəklər.
Mən həmişə AZƏRBAYCANLI olmağımla fəxr etmişəm. Qürur duymuşam və duyuram ki, Sizin kimi humanist, demokratik, nəcib və xeyirxah, gündən-günə analoqu olmayan inkişafa imza atan bir İNSANın Prezident olduğu müstəqil Azərbaycanın, qüdrətli, heç vaxt əyilməz bir ölkənin vətəndaşıyam.
Azərbaycan xalqının ümidi Sizədir. İnam yerimiz məhz Sizsiniz, cənab Prezidentim! Bu inamla, ümidlə Sizdən çox şey gözləyirik. Bilirik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanı ancaq və ancaq Siz daha da irəliyə apara, başladığınız nəhəng işləri məhz Siz davam etdirə bilərsiniz. Və bu inamdayıq ki, Azərbaycan məhz Sizin səriştəniz və təcrübəniz sayəsində daha da çiçəklənəcək.
Sizə uğurlar diləyirik, cənab Prezidentim!

Hörmətlə: Cəmil Zəbhulla oğlu DADAŞOV

08.11.2019

Telefon: (055) 340 50 63
(070) 340 50 63

Son xəbərlər

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq

Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

I sinfə qəbul başlayır

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930