Ən böyük biclik - düzlükdür  - Elxan Çiraqli -FOTO

Ələddin adında yaxından tanıdığım bir insan var. Hökmlü, ucadan və səlis danışmaq bacarığı var bu adamın xarekterində. Sadalamadığım bir çox keyfiyyətləri hələ demirəm. Özü də yaşda bir neçə bayram məndən kiçikdir. Ancaq böyük kimi hər zaman mənə hörmətlə yanaşır və onu qoruyub saxlamağa çalışır. Birlikdə olarkən heç vaxt artıq hərəkətlərə yol vermir. Kobud ifadələr dilinin ucuna gətirmir. Davranışı ilə hər kəsin yanında hörmətli olmaq üçün münasibətlərdə müəyyən xətləri qoruyub saxlamağı bacarır. Amma "hər gözəlin bir eybi " olduğu kimi, bu adamın da çatışmayan əsas bir cəhəti var. Bu da yaxın adam olaraq məni həmişə narahat edir.
İllərdir, mən dostyana bu qəbahəti tərgitməyi dönə- dönə ona məsləhət görürəm. Amma nə edək, bir faydası olmur. Sonda belə qənaətə gəldim ki, bir insan ona xas olan mənfi xarekteri bir yaşa qədər dəyişə bilməyibsə, bundan sonra onun dəyişəcəyinə inanmaq fikrimcə özünü aldatmaq deməkdir. Həyatda heç bir insan ideal deyil. Hər kəsin bir eybi var. Lap tanınmışlar, məhşurlar olsa belə. Sadəcə olaraq, insan deyilən məhluq özündə olan qəbahəti, qüsuru görə bilmir. Kənardan isə daha aydın sezilir. Yaxşı dostun, yaxşı insanın sənin görə bilmədiyin qüsuru qəlbə toxunmayacaq tərzdə özünə deməsini yaxşı mənada dəyərləndirmək lazımdır.

Yuxarıda adın çəkdiyim Ələddinin gözəl natiqliq qabiliyyəti, ona qulaq asanları inandırmaq bacarığı var. Bu da hər adamda olmayan bir keyfiyyətdir. O ucadan danışan zaman əl - qol hərəkətləri və jestlərlə söhbətin daha maraqlı və şirin alınmasına çalışır. Bəzən söhbətin qızğın vaxtında qulaq asanları inandırmaq üçün əlini mənə tərəf uzadıb adımı çəkir. Onun nağıl etdiyi hər hansı bir söhbətin məzmununa uyğun şahid kimi mənim də orada olduğumu deyir. Mən isə tərəddüt edirəm. Cavab verməkdə çətinlik çəkir, utanır, qızarıram. Onun dediklərini təsdiqləmək üçün bilmirəm," hə", yoxsa inkar etmək üçün ,"yox" deyim. İllərdir hər zaman söylədiyim və ona unutdurmaq istədiyim qüsurmu deyək, qəbahətmi deyək, fərq etməz. Adını nə qoyuruqsa, qoyaq, bax budur. Amma çox təssüf ki, bu günə qədər hələ də istəyimə nail ola bilməmişəm. Yadımdan çıxmamış, onu da bildirim ki, söhbət zamanı Ələddinin şişirtmələri nə ciddi şəkildə hiss olunur, nə də heç kəsə zərər gətirmir. Sadəcə, bu addım söhbətın maraqlı və şirin alınmasına hesablanan bir üsuldur. O isə, həmişə bu məsələdə özünə haqq qazandırır. Məni də hər vəclə inandırmağa çalışır. Deyir hər şeyi doğru, düzgün, olduğu kimi nağıl edəndə söhbət iştirakçıları üçün maraqsız və yorucu olur. Həm də işlərim rəvan getmir. Amma danışdıqlarıma bir az bəzək- düzək verib hissolunmaz səviyyədə şişirtmələr edəndə hamı mənə maraqla qulaq asır. Onda işlərim də " xod" gedir, uğurlarımın sayı çox olur.
Mən isə Ələddinin dediklərini heç vaxt qəbul edə bilmirəm. O məni söylədiklərinə inandırmaq üçün nə qədər çalışsa da, mən " Ən böyük biclik- düzlükdür" prinsipinə həmişə olduğu kimi yenə də sadiq olaraq qalıram.
Ən böyük biclik - düzlükdür  - Elxan Çiraqli -FOTO
Ən böyük biclik - düzlükdür  - Elxan Çiraqli -FOTO

Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930