
Xəbərlər
25.09.2022, 21:01
Elxan ÇIRAQLI - FOTO
ANA
Həyatda bir borc var o qaytarılmır
Qaytara bilməzsən ana borcunu
İnana bilmirəm kasıb ya varlı
Bir kimsə tapıla dana borcunu
İlk dəfə dünyaya mən göz açanda
Beşiyim olubdur ana qucağı
O məni oxşayıb layla çalanda
Necə doğma gəlib ona qucağı
İyi də getməyib hələ burnumdan
O çağlar, o illər nə gözəl idi..
Anam oxuduğu şirin layladan
Gözlərim də öz işini görərdi..
Anam qucağına götürüb məni
Başımın üstündə dayanıb hər gün
Analar dünyadan tez köçürlər ki
Bizləri cənnətdə gözləmək üçün
Dünyamız anasız qalarsa əgər
Kainat məhv olar, yaşamaz cahan
Analar dünyadan köçənə qədər
Odur dərdimizə şam kimi yanan
Dərdlərin içində boğuluram mən
Dünyanı uşaqtək duymaq istərəm
Necə dil tapım ki aman fələklə
Ömrümü, günümü anama verəm
Elxan Çıraqlı
Həyatda bir borc var o qaytarılmır
Qaytara bilməzsən ana borcunu
İnana bilmirəm kasıb ya varlı
Bir kimsə tapıla dana borcunu
İlk dəfə dünyaya mən göz açanda
Beşiyim olubdur ana qucağı
O məni oxşayıb layla çalanda
Necə doğma gəlib ona qucağı
İyi də getməyib hələ burnumdan
O çağlar, o illər nə gözəl idi..
Anam oxuduğu şirin layladan
Gözlərim də öz işini görərdi..
Anam qucağına götürüb məni
Başımın üstündə dayanıb hər gün
Analar dünyadan tez köçürlər ki
Bizləri cənnətdə gözləmək üçün
Dünyamız anasız qalarsa əgər
Kainat məhv olar, yaşamaz cahan
Analar dünyadan köçənə qədər
Odur dərdimizə şam kimi yanan
Dərdlərin içində boğuluram mən
Dünyanı uşaqtək duymaq istərəm
Necə dil tapım ki aman fələklə
Ömrümü, günümü anama verəm
Elxan Çıraqlı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















