Xəbərlər / Nesr
23.08.2022, 23:40
SİRLİ AĞAC - Elxan ÇIRAQLI
Ana təbiəti gözəlləşdirən çoxsaylı canlı varlıqlar var. Bunlardan biri də yaşıl ağaclardır. Füsunkar gözəlliyi ilə təbiəti bəzəyən , onu yad cisimlərdən qoruyan , çirkli, tozlu havanı ciyərlərinə udaraq sinəsini canlı sipər edən ağacların müasir həyatımızda rolu, əhəmiyyəti haqqında çox yazılıb və müxtəlif səpgidə fikirlər səslənib. Onlar da cəmiyyətin sərvəti olan insanlar kimi qidalanır, su içir, ən əsası isə qulluq və nəvaziş sevir. Sədaqətlə qulluq edənləri isə, hər zaman əməyini qiymətləndirir və xeyirxahlıq edərək onları" əliboş" geri qaytarmır.
Çoxdan qoca palıd ağacı haqda bir yazı hazırlamaq istəyirdim. Hər dəfə tənbəllik edərək " bu gün yazaram, sabah yazaram" deyib günü-günə satırdım. Nəhayət, bu gün əlimə qələm alıb palıd ağacı haqqımda düşündüklərimi ağ vərəqə köçürməyimə özlüyümdə qərar verdim. İlk öncə, mətnin məzmuna uyğun başlıq seçmək üçün beynimdə ad axtarışına çıxdım. " Tənha ağac" da dayandım. Amma bir çox yazarların qələmə aldıqlarımda bu ada rast gəldiyimdəm fikrimdən " vaz" keçməli oldum. Düşündüm ki, bu addımı atsam, bəzi dostlarımın haqqına girmiş sayılıram. Bir az da beynimi qurdalamaq üçün əlimdəki qələmi çənəmə söykəyib gözlərimi bir nöqtəyə zillədim. Deyəsən, axtarışım bu dəfə uğurla nəticələndi. Yazacağı yazıya sərlöhvə olaraq" Sirli ağac"-ı seçdim. Ucqar dağ rayonlarının birində yolun kənarında qoca bir palıd ağacı var. Ağac hündür, qollu- budaqlı və şaxəli olduğundan qonşu kəndlərdən də aydın görmək olur. Kənardan ağacın quruluşuna və qamətinə diqqət etdikdə, onun yaşının çox olduğu qənaətinə gəlmək olur. Düzdür, elmdə ağacın yaşını başqa kriteriyalarla müəyyən edirlər. Haqqında söhbət açdığım ağac yaşılıllıqlarla əhatə olunub. Bir tərəfdən soyuq , göz yaşı kimi təmiz suyu olan bulaq istər yerli sakinlərin, istərsə də yoldan keçənlərin köməyinə yetir. Palıd ağacı bir neçə kəndi birləşdirən baş yolun üstündə bitib. Amma ağacı əkən şəxsin kimliyini və hansı məqsədlə əkdiyi barədə bilgilərə malik deyilik. Düşünürəm ki, insanlar da, bütün hallarda bunun fərqinə heç varmamalıdırlar. Kimliyindən asılı olmayayaraq o kəsin gördüyü savab işi sadə kənd camaatın danışıqların da sezmək mümkündür. Çünki, yerli sakinlər bir çox mənalarda bu ağacın "xidmətindən" yararlana bilirlər. Qonşu kəndlərə gedənləri bu ağac yola salır və geri dönənləri də birinci olaraq o qarşılayayaraq "salamlayır". Ağacın altında taxtadan düzəldilmiş oturacaq da var. Rayon mərkəzinə və qonşu kəndlərə gedənlər avtobusun gəlişinə qədər burada gözləməli olurlar. Ağacın altı, bir növ " avtobus dayanacağı" rolunu oynayır. ( Ağac altı dedikdə, mərhum xalq şairi Zəlimxan Yaqubun " Bu yaşıl ağacı altı bizimdir" şeiri yadıma düşür. Bu şeirin sözlərinə mahnı da bəstələnib) İsti havada sərinləmək üçün ağac altına gələn kənd sakinləri soyuq bulaq suyundan içir, əl- üzlərini yuyur, şirin söhbətlər edir, tək olduqları halda isə fikir dünyasına qapanaraq gələcək planları haqqında düşünürlər. Bəzən sevənlər də bu ağacın altında ilk sevgi etiraflarını pıçıltı ilə bir- birinə bildirirlər. Görün, əzəmətli palıd ağacı nə qədər insanların söhbətlərinə, düşündüklərinə , sevgililərin gizli danışdıqlarına şahidlik edib. Eşitdiklərini, gördüklərini və şahid olduqlarını isə, iz buraxmadan sinəsinə yığıb onları ciddi sirr kimi saxlayır. Çəkisi " dağ boyda" olan sirlər palıd ağacın sinəsinə ağırlıq gətirmir. Qamətini əymir. Ən maraqlısı isə, sirlərlə yüklənən palıd ağacı bəzi " canlılardan" fərqli olaraq , başqaları ilə paylaşmağı xoşlamır...
Elxan Çıraqlı

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay