Bu gün Ümumdünya Poçt Günüdür TƏBRİK EDİRİK!
Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd olunur.

"Turaztv.az" xəbər verir ki, Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə yaradılıb. Bu tarix 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində elan olunub.

Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş ÜPİ hazırda dünyanın, demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.

Poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən çox ölkəsində müxtəlif formalarda qeyd edilir. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətləri təqdim və ya təşviq edirlər. Bəzi poçtlar isə həmin gündə işçilərini yaxşı xidmətlərinə görə mükafatlandırırlar.

Azərbaycanın da 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb.

Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən ÜPİ-yə üzv qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

Azərbaycan poçt administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), "Azərpoçt”un filialı olan "Azərekspresspoçt” Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.

Azərbaycanda da yazılı məlumatların qasidlər vasitəsilə ötürülməsi qədim zamanlardan bəri mövcud olub. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Müasir formada poçt isə XIX əsrin 1-ci qərinəsində bərqərar olur. Beləliklə, 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılır. İlk poçt kontoru respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılır. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilir.

Azərbaycanda poçtun dəmir yolu nəqliyyatı ilə daşınmasına 1883-cü il mayın 9-da Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb. 2002-ci ilin əvvəlindən başlayaraq isə "Azərpoçt” magistral marşrutlarda avtomaşınlar vasitəsilə həyata keçirilən poçt daşınmalarını respublikanın bütün rayon mərkəzlərinə poçt göndərişlərinin və dövrü mətbuatın gündəlik saat 14:00-dək çatdırılmasını təmin edir.
Bu gün Ümumdünya Poçt Günüdür TƏBRİK EDİRİK!
Bu gün Ümumdünya Poçt Günüdür TƏBRİK EDİRİK!
Bu gün Ümumdünya Poçt Günüdür TƏBRİK EDİRİK!
Bu gün Ümumdünya Poçt Günüdür TƏBRİK EDİRİK!
Bu gün Ümumdünya Poçt Günüdür TƏBRİK EDİRİK!
Bu gün Ümumdünya Poçt Günüdür TƏBRİK EDİRİK!

Son xəbərlər

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

Şəkidə eyni məktəbin iki şagirdi müksimum bal topladı

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031