
Xəbərlər
16.10.2019, 11:49
Bakıda qadınlar arasında əlbəyaxa dava düşdü - xəsarət alan var

Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən əlbəyaxa dava baş verib.
A.Heydərov küçəsi ev 26-nın qarşısında Mənzər və Kəmalə adlı şəxslər Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Hümbətova Sima Abbasqulu qızını döyərək xəsarət yetiriblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
(APA)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











