Aktrisanın barmağı sındı, aktyorun başı yarıldı, Mirzə Babayev Məşədi İbadı oynamalı idi – “O, olmasın, bu olsun” filmindən 10 maraqlı fakt
Bu gün Azərbaycanın görkəmli rejissorlarından olan Hüseyn Seyidzadənin doğum günüdür. O, Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılmış “O, olmasın, bu olsun”, “Dəli Kür”, “Qayınana” və başqa filmlərə rejissor kimi imza atıb.

Kulis.az rejissorun doğum günü münasibətilə onun şah əsəri olan “O, olmasın, bu olsun” filmi haqqında 10 maraqlı faktı təqdim edir.
1. Film Azərbaycanın ilk rəngli bədii filmidir.
2. Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərlinin qapının dəliyindən içəri baxarkən Sərvərin çıxması ilə yıxıldığı səhnədə aktrisanın kiçik barmağı sınmışdı. Buna baxmayaraq, M. Kələntərli çəkilişi saxlamamış, roluna professional şəkildə davam etmişdi. Çəkiliş qrupu isə aktrisanın barmağının sınmasından həmin günün çəkilişləri bitəndən sonra xəbərdar olmuşdu.
3. Bəstəkar Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında ekranlaşdırılmış filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir. Bu ifa təkcə musiqi sənəti baxımından bənzərsizliyi ilə seçilmir, həm də kinoda musiqinin rolunu izah etmək üçün dərsliklərə salınıb.
4. İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrə satılan film xarici tamaşaçılar tərəfindən uğurla qarşılansa da, Bakı kinoteatrlarında nümayiş etdiriləndən sonra respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi.
Aktrisanın barmağı sındı, aktyorun başı yarıldı, Mirzə Babayev Məşədi İbadı oynamalı idi – “O, olmasın, bu olsun” filmindən 10 maraqlı fakt

5. Çəkilişləri il yarım davam edən filmdə əsas rollarda oynayan aktyorlar həmin dövrün pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar alıblar.

6. Filmdə Gülnaz rolunu oynayan Tamara Gözəlova sonra başqa filmlərdən təkliflər alsa da, bir daha filmə çəkilməyib. Gülnaz onun ilk və son roludur.
Aktrisanın barmağı sındı, aktyorun başı yarıldı, Mirzə Babayev Məşədi İbadı oynamalı idi – “O, olmasın, bu olsun” filmindən 10 maraqlı fakt

7. Əslində, Məşədi İbad rolu üçün rejissor Hüseyn Seyidzadə aktyor Mirzəağa Əliyevi çəkəcəkdi. Lakin çəkilişlər başlayan ərəfədə aktyor vəfat etdiyi üçün rol Əliağa Ağayevə qismət olur. Bu rol Əliağa Ağayevə çatana qədər bir neçə aktyorun üzərindən ötüb. Hətta, filmə çəkilmək üçün ən real namizəd Xalq artisti Mirzə Babayev idi. O, çəkilişlərə tam hazırlanmışdı. Filmin baş operatoru Əlisəttar Atakişiyev son anda Əliağa Ağayevin oynadığı tamaşaya baxır, onu da rola təklif edir. Maraqlıdır ki, Hüseyn Seyidzadə son qərarını son tapıntı üzərində saxlayır və Məşədi İbad rolunda Əliağa Ağayev oynayır. Mirzə Babayev yalnız Məşədi İbadın mahnı və muğamlarını oxuyur.
Aktrisanın barmağı sındı, aktyorun başı yarıldı, Mirzə Babayev Məşədi İbadı oynamalı idi – “O, olmasın, bu olsun” filmindən 10 maraqlı fakt

8. Sərvər roluna Rəşid Behbudov təsdiqlənir. Hətta həmin ərəfədə Rəşidə gələn bəzi məktublarda ona “Sərvər” deyə müraciət edir, bu rola görə öncədən təbrik edirdilər Lakin Rəşid obraz haqqında xeyli düşünəndən sonra çəkilişdən imtina edir və öz qərarını belə əsaslandırır: “Sərvər gimnaziyada oxuyan tələbədir, mənim isə artıq 40 yaşım var”.
9. Filmin qonaqlıq səhnəsində dava zamanı istifadə olunan qablar bişmiş gildən idi, ona görə harasa dəyən kimi parça-parça olurdu. Lakin Lütfəli Abdullayevin Məmməd Zəkinin başına vurduğu qab əsl materialdan olduğu üçün aktyorun başı yarılır və çəkilişə təcili yardım çağırılır.
Aktrisanın barmağı sındı, aktyorun başı yarıldı, Mirzə Babayev Məşədi İbadı oynamalı idi – “O, olmasın, bu olsun” filmindən 10 maraqlı fakt

10. Filmin Ərəbistanda nümayişi planlaşdırılırdı. Səfər Moskvadan ləğv olunur. Dünya şöhrətli rejissor Sergey Bondarçuk məsələyə etiraz edir. O, bildirir ki, öz filmi qala-qala “O, olmasın, bu olsun” Ərəbistana gedə bilməz.

Mənbə: kulis.az

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31