Azərbaycanda 26 gün komada qalan körpənin ölümü ailəsindən gizlədilib


Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə, ginekoloq Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən körpə başından zədə və ağır travmalar alıb.

Nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti il bağlı ailə məlumatlandırılmayıb.

Bizim.Media mövzunu araşdırıb.

Belə ki, məsələ ictimailəşəndən bir neçə saat sonra ailəyə körpənin öldüyü barədə məlumat verilib.

Ailə məlumatı alan kimi xəstəxanaya gedib və gördükləri mənzərədən şok keçiriblər.

Belə ki, körpənin nəşini “Viva” markalı avtomobilə qoyularaq xəstəxanadan çıxarmağa cəhd ediblər. Avtomobilin içərisində isə sürücü ilə bərabər sözügedən xəstəxananın həkimi, pediatr və 26 gündür körpənin müalicəsində yaxından iştirak edən Nigar Şahbazova olublar.

Bu iddia ilə körpənin xalası Aynurə Əsədbəyli çıxış edib.

Onun sözlərinə görə, ailəsinə heç bir məlumat verilmədən körpə təcili surətdə xəstəxanadan çıxarılaraq müəmmalı şəkildə harasa aparılırmış:

“Uşağın ölümünü xəbər verən kimi özümüzü xəstəxanaya çatdırdıq. Bizə gözləməyimizi dedilər. Bir qədər keçmişdi, gördük ki, uşağı xəstəxananın arxasından çıxarıb maşına tərəf aparırlar. Həkim Nigar xanım qucağında bükülmüş uşaqla avtomobilə oturdu. Yaxınlaşıb uşağı istədik, bizə vermirdilər. Anam bunu görüb özünü maşının qabağına atdı. O anda körpənin atası da gəldi və çətinliklə də olsa uşağı həkimin əlindən aldıq. Nigar xanım sürücü ilə tez qaçıb xəstəxanaya daxil oldular. Arxalarınca düşsək də, onları tapa bilmədik. Uşağı hara qaçırdıqları hələ də anlaşılan deyil. Sanki gözümüzün qarşısında film çəkilirdi. Ekspertizaya aparılırdısa, niyə uşaq təcili tibbi yardım maşınında deyildi və bizim razılığımız olmadan aparılırdı? Nə oyun çevirirlər, başa düşmürük”.

Aynurə Əsədbəyli qeyd edib ki, həmin vaxt Yasamal Rayon Prokurorluğuna hadisə barədə müraciət edilib. Qurumdan isə məlumatlı olduqları bildirilib:

“Uşağı ekspertizaya apardıq. Həkimlərdən birinin ilkin rəyinə görə körpə həddindən artıq şişib və bədəni qaralıb. Dediklərinə görə uşaq əslində 2-3 gün əvvəl ölüb. Görək ekspertizanın konkret rəyi nə ilə nəticələnəcək. Biz isə bu özbaşınalığa göz yummayacağıq. Günahkarların cəzalanması üçün nə lazımdırsa, edəcəyik”, - deyə şikayətçi əlavə edib.

Son xəbərlər

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930