Xəbərlər
17.07.2022, 13:40
Baş Prokurorluq Lənkəranda şagirdə qarşı fiziki zorakılıq hərəkətləri ilə bağlı məlumat yayıb
Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.
Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul olunması və ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay