Xəbərlər
17.07.2022, 13:17
Sabah ölkəmizdə bəzi yerlərdə havanın temperaturu 44 dərəcəyə yüksələcək
Azərbaycanda iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 33-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət 55-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay