Fikrət Məmmədov yeni hakimlərlə görüşdü - FOTO
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq məhkəmə-hüquq sistemində islahatlar ardıcıl davam etdirilir, dövlət başçısının 2019-cu ildə imzaladığı Fərman bu sahədə mühüm "yol xəritəsi" olmaqla onun icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülür.

Bu barədə e-huquq.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hakimlərin iş yükünün azaldılması, işlərə operativ və daha keyfiyyətlə baxılması məqsədilə Fərmanla hakim ştatlarının sayı 200 vahid artırılıb. Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi ilə bağlı hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib. Bu çoxmərhələli proses fasiləsiz xarakter alaraq imtahanlarda şəffaflıq və ictimai nəzarət daim təmin olunur, müasir texnologiyalar tətbiq edilir.

Ötən dövrdə 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim prosesi keçirilib, 44 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilib. Daha 39 nəfər hakim vəzifəsinə layiq bilinərək dövlət başçısının 01.07.2022-ci il tarixli sərəncamları ilə birinci instansiya məhkəmələrinə təyinat alıblar.

İyulun 7-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni hakimlərlə görüşüb.

Ölkə Prezidenti tərəfindən şərəfli hakim adına layiq bilinmələri münasibətilə onları təbrik edən nazir bu gün özünün ən qüdrətli dövrünü yaşayan respublikamızın hərtərəfli davamlı tərəqqisini, Vətən müharibəsində parlaq zəfərimizlə azad edilmiş doğma torpaqlarımızın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə intensiv bərpasını qeyd edib.

Ölkəmizin sosial-iqtisadi inkişafında qanunun aliliyinin təmin olunmasının və məhkəmə-hüquq islahatlarının aparılmasının xüsusi önəmi vurğulanaraq, ötən dövrdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi ilə bağlı görülən mütərəqqi tədbirlər, məhkəmələrdə müasir İKT-lərin, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin geniş tətbiqi qeyd olunub.

Nazir məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin effektivliyinin yüksəldilməsinə, insan haqlarının etibarlı təmin olunmasına xidmət etdiyini bildirərək məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğunu vurğulayıb, dövlət başçısının ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələri xüsusilə diqqətə çatdırıb.

Qeyd olunub ki, bütün hakim korpusunun 80%-ni məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil edir. Məhkəmə hakimiyyətində gənclərin, qadınların geniş təmsil olunmasına böyük önəm verilir, onların yuxarı məhkəmə instansiyalarına təyin olunmasına, rəhbər vəzifələrə irəli çəkilməsinə diqqət yetirilir.

Dövlət başçısının sərəncamları ilə yeni təyin edilmiş hakimlərin də tam əksəriyyətini (70%) 35 yaşa qədər olan gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışanlardır.

Eyni zamanda ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsinin, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olaraq yeni təyinat alanların 60%-ə qədəri məhz qadın hakimlərdir.

Tədbirdə həmçinin, hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə daim diqqətlə yanaşılaraq, bununla bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən yeni qaydaların qəbul olunduğu, yeni üsullarla ilk dəfə təyin edilmiş 107 nəfər hakimin fəaliyyətinin qiymətləndirilərək, onlardan 8 nəfərinin apellyasiya məhkəmələrinə irəli çəkildiyi, 2-nin məhkəmə sədri təyin edildiyi, fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilmiş 3 nəfərin isə səlahiyyətlərinə xitam verildiyi bildirilib.

Bununla əlaqədar məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun, müasir tələblər səviyyəsində təşkili, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi vurğulanıb, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərildiyi, bu sahədə ölkə Prezidentinin qəti siyasi iradəsi diqqətə çatdırılıb, 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti qeyd olunaraq, bu mühüm sənəddən irəli gələn vəzifələrə toxunulub.

Ali Məhkəmənin Plenumunda and içməklə səlahiyyətlərinin icrasına başlayacaq yeni hakimlərin ədalət mühakiməsini müstəqil və qərəzsiz həyat keçirəcəklərinə, bu zaman qanunun aliliyini təmin edəcəklərinə, hakim adını həmişə uca tutacaqlarına əminlik ifadə olunub.

Yeni təyinat alan hakimlər, o cümlədən şəhid övladları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva çıxış edərək müharibə iştirakçılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğuna görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbirdə iştirak edən Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası Aparatının məsul işçiləri tərəfindən məhkəmələrdə aparılmış monitorinqlərin nəticələri və xarakterik nöqsanlar barədə məlumat verilib. Bununla bağlı hakimlərə məhkəmə fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması barədə və digər tövsiyələr verilib.

Sonda hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması (mantiya) və xidməti vəsiqələr təqdim olunub.

Hakimlər Ədliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevə, Vətən müharibəsində Böyük Qələbəmizə və Azərbaycan ədliyyəsinin tarixinə həsr olunan muzeylərlə tanış olublar.
Fikrət Məmmədov yeni hakimlərlə görüşdü - FOTO
Fikrət Məmmədov yeni hakimlərlə görüşdü - FOTO
Fikrət Məmmədov yeni hakimlərlə görüşdü - FOTO
Fikrət Məmmədov yeni hakimlərlə görüşdü - FOTO
Fikrət Məmmədov yeni hakimlərlə görüşdü - FOTO
Fikrət Məmmədov yeni hakimlərlə görüşdü - FOTO
Fikrət Məmmədov yeni hakimlərlə görüşdü - FOTO

Son xəbərlər

“Ölkəmiz 159 milyard dollar daha varlı olardı”

Bakıda iki məşhur park birləşdirilir - FOTO

Güler Modriç və Krossu geridə qoydu

Aleyna Tillki ömürlük həbs oluna bilər

ONUN BÖYÜK ÜRƏYİ yaxud SÖZƏ BAĞLI İNSAN - FOTOLAR

Tehrandan Ağ Evə təkzib - “Hələlik görüş qərarı yoxdur”

Ağakərim Nafizin yaradıcılıq gecəsi keçirildi - Fotolar

Məşhur aktyor “Eşref Rüya”da - FOTO

Vətən qızı Brilyant Atəş : Dəyərli qardaşım Barat Vüsalın 75 illiyinə- FOTO

Cəvahir Qaraqızı : Polkovnik Ramiz Musayevin doğum gününü böyük qürur hissi ilə qeyd edirik - FOTO

Dondurmanın bu faydalarını bilmirdiniz

Süni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?

Murad Arifdən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

“Bizə qarşı açıq müharibə elan edilib”

“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”

Bu xəstəlikləri olanlar skuter sürməsin - Həkimdən ciddi xəbərdarlıq

Tanınmış model indi çörək satır - FOTO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın"

Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi medal qazanıb

Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub

Bakıda Atatürk və Antena parkları birləşdirilir

Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib

Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir

İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930