Ölüm hökmünün bərpası ÇAĞIRIŞLARI – Hansı halda cinayət daha çox azala bilər?


Ölüm hökmü Yaponiya, Tayvan, Sinqapur, Cənubi Koreya, Əfqanıstan, Hindistan, Belarus, İran və ABŞ-nin 14 ştatında hələ də qalmaqdadır. Azərbaycanda isə ölüm hökmü 1998-cı ildə ləğv olunub.

Bizim.Media araşdırmasına görə, edam cəzası cinayət sayını ümumi səpkidə azaltdığını göstərən heç bir araşdırma nəticəsi yoxdur.

Hüquqşünas Əsabəli Mustafayev Azərbaycanın adambaşına düşən cinayət sayına görə Avropada öncül ölkələrdən biri olduğunu qeyd edib.

“Avropa Şurasının Konvensiyasına görə ona üzv olan 46 ölkənin ilkin öhdəliklərindən biri ölüm hökmünün ləğvidir. Bəzi ölkələr var ki, heç bir Konvensiyaya qoşulmasalar belə, ölüm hökmü tətbiq etmirlər. Digər bir kəsim ölkələr isə edam cəzasının geri gətirilməsi tərəfdarıdır. Türkiyədə meşə yanğınlarını terror aktı kimi qiymətləndirənlər oldu və Türkiyə mətbuatında müəyyən siyasi xadimlər ölüm hökmünün geri gəlməsi və yanğından məsul şəxslərin edam olunması barədə fikir söyləmişdilər”.

Ümumi dünya üzrə tendensiya belədir ki, ölüm hökmü ləğv olunmalıdır.

“Dünyanın ən ədalətli məhkəmələrində belə yekun qərar səhv ola bilir, hətta bu vəziyyət inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə daha çox yaşanır. Buna baxmayaraq, cəzaların müəyyən bərpası mövcuddur. Əgər uzun müddət məhkəmə səhvinə görə bir şəxs azadlıqdan məhrum olunubsa, o azadlığa buraxıla bilər və həmin şəxsə böyük məbləğdə kompensasiya ödənilə bilər. Yeganə cəza ölüm hökmüdür ki, nəticəsini bərpa etmək olmur”.

Amerikada ölüm hökmünün elan olunması ilə icrası arasında illər, 15-20 il keçir. Keçmiş sovet ölkələrində isə bu müddət 1-2 ay, çox qısadır.

“Ölüm hökmünün əssasız, qanunsuz tətbiqi məlum olandan sonra edam olunan şəxsi geri gətirmək olmur. Edam cəzası yerinə uzunmüddətli həbslər, ömürlük həbs azadlıqdan məhrum etmə kimi cəza tədbirləri görmək olar. Sülh dövründə ölüm hökmünün qalması ölkənin hələ də ibtidai icma quruluşu normaları ilə idarə olunmasına işarədir”

Ekspert qeyd edir ki, edam cəzasının saxlanılması populist yanaşmadır.

“SSRİ-də seksual manyak Andrey Çikatilonun törətdiyi cinayətlərin üstü hələ tam açılmazkən, sırf cəmiyyətin bir hissəsinin təzyiqi ilə həmin cinayətləri 2-3 nəfərin boynuna yıxdılar və günahsız insanlar edam olundu. Əsl cinayətkarın Andrey Çikatilo olduğu məlum olanda isə çox gec idi. Sözügedən cinayətkarın hələ də məchul onlarla cinayətə səbəb olduğu hesab olunur ki, üstü açılmayıb”.

Bizim.Media

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31