Bakıda on bir min manata uşaq bağçası... - Özəl bağçalarda bir uşağın aylıq, illik xərcləri


Son vaxtlar uşaq bağçalarına nəzarət daha da gücləndirilib. Dövlət bağçalarından fərqli olaraq özəl bağçaların kamera sistemi ilə təchiz olunması valideynlərə övladlarının günlük rejimini izləməyə imkan verir. Maraqlıdır, özəl bağçalarda bir uşağa görə aylıq, yaxud da ki, illik nə qədər vəsait xərclənir?
Bunu araşdırmaq üçün Bakıda ən çox sayılıb-seçilən bir neçə bağça ilə əlaqə saxladıq:
"Göyərçin" uşaq bağçasında Azərbaycan dilində tədris yoxdur. Bu bağçada rus və ingilis dili üzrə tədris var. Rus bölməsi üzrə qiymətlər aylıq 450, ingilis bölməsi üzrə isə 500 manatdır.
"Sehirli Dayə" uşaq bağçasında endirimsiz real aylıq qiymətlər 400, endirimlə isə 360 manatdır.
"Mələklərim" uşaq bağçasında isə qiymətlər aylıq 250 manatdır. Burada uşaqlar əl motorikalarını inkişaf etdirir, müxtəlif intellektual oyunlar oynayırlar.
"İndigo" uşaq bağçasında tam günə görə qiymətlər aylıq 450, yarım günə görə isə 250 manatdır.
"Funny Bunny"də aylıq qiymət 300, "Bambi"də 250 manatdır. "Sabis Sun"ın uşaq bağçasında isə 3 yaşdan qəbul var və bu yaşda olan uşaqlar üçün illik ödəniş 11 min manatdır.
Fin təhsil proqramını tədris edən "XXI Əsr Məktəbi"ndə isə illik qiymətlər bölmədən asılı olmayaraq 7 min manatdır. Səhər 08:30-dan axşam 18:00-dək fəaliyyət göstərən bağçanın aylıq ödənişinə günlük 3 dəfə qidalanma, bir dəfə meyvə saatı, rəsm, musiqi, gimnastika daxildir. Azərbaycan və rus bölməsində olan uşaqlara həftədə 3 dəfə xarici dil olaraq ingilis dili tədris edilir. İngilis dili bölməsində isə tədris ancaq ingilis dilindədir.
"Baku Oxford School"da isə 3 yaşdan məktəbəqədər qruplarda ödəniş illik 8 min manatdır.
"Baby on board" uşaq bağçasında səhər 08:00-dan axşam 18:00-dək aylıq 400 manat ödəniş tələb olunur. Burada həmçinin türk və rus dilində bölmələr fəaliyyət göstərir. Aylıq qiymətə 5 dəfə qidalanma, şahmat, ingilis dili, gimnastika daxildir.
"Bakı Montessori Premium Uşaq Bağçası"da qiymətlər 400 manatdan başlayır. Digər bağçalarda olan əyləncələr və gündə 5 dəfə qidalanma qiymətə daxildir.
Göründüyü kimi, Azərbaycanda özəl uşaq bağçalarının qiyməti aylıq 250 manatdan başlayır. Qiymətlər bölmələr üzrə fərqlənir. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, Bakıdakı özəl bağçaların illik qiyməti 4 800 manatla 11 min manat arasında dəyişir.
Özəl bağçalardakı keyfiyyətə gəldikdə isə valideynlərin bir hissəsi bundan razılığını bildirsələr də, bir hissəsi xidmətdən, keyfiyyətdən narazı olduqlarını deyirlər. Bəzi körpəli valideynlər övladının qidalanmasına həssas yanaşılmadığını bildirir. //sputnik.az//

Son xəbərlər

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930