Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biri kimi, parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə parlamentlərin qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın fəaliyyəti təqdirəlayiqdir.

Parlamentlərin xalqlar arasında oynadığı körpü roluna istinadən iki ölkə arasında humanitar əlaqələr də müzakirə mövzusu olub. Görüş zamanı humanitar sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu mənada, Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin, Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun təşkilinin insanlar arasında əlaqələrin gücləndirilməsi baxımından faydalı olduğu bildirilib.

Görüşdə iqtisadi-ticari əlaqələr də müzakirə olunub. Ötən ilin sonunda qarşılıqlı ticarət dövriyyəsinin 16 faiz artaraq 3 milyard ABŞ dollarından çox olması mühüm göstərici kimi qeyd edilib. İnvestisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunulub.

Həmçinin regionlararası əməkdaşlığın və bu istiqamətdə təşkil olunan forumların praktiki layihələrin reallaşdırılması baxımından ikitərəfli əlaqələr çərçivəsində xüsusi yer tutduğu vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova görüşdə Vətən müharibəsində ölkəmizin əldə etdiyi Qələbədən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri barədə də məlumat verərək qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata sadiqdir. Lakin həmin Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Spiker regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün Bəyanatda nəzərdə tutulan bütün prinsiplərin yerinə yetirilməsinin vacibliyini bir daha qeyd edib.

Görüşdə Sahibə Qafarova Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərlə bağlı etirazını Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun diqqətinə çatdırıb.

Valentina Matviyenko məsələnin araşdırılacağını və müvafiq addımlar atılacağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31