Xəbərlər
21.02.2022, 20:47
Paytaxt sakinini hədələyərək pulunu almaqda şübhəli bilinən şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə fevralın 20-də rayon ərazisindəki evlərin birində paytaxt sakini E.Qasımovun hədələnərək 100 manat məbləğində pulunun alınması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini M.Tarverdiyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqat aparılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay