Xəbərlər
11.02.2022, 21:38
İki güləş hakimimiz ali beynəlxalq kateqoriyaya sahib olub
Azərbaycan güləşi daha bir uğura imza atıb.Belə ki, 2 hakimimiz ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar verib.
Ali qurum ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyev və Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib referilərimizin sayı 3-ə çatıb. Xatırladaq ki, "Tokio-2020"də ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.
Qeyd edək ki, Olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə sahib olan hakimlər idarə edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay