İsmayıllı sakinindən qanunsuz olaraq saxladığı tüfəng götürülüb

Baxış Sayı:93

İsmayıllı sakinindən qanunsuz olaraq saxladığı tüfəng götürülüb
İsmayıllı rayon sakinindən qanunsuz saxlanılan tüfəng götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalınçaq kənd sakini Cəsarət Hüseynovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR