Özünü FHN komandiri kimi tanıdıb məmurla görüşdü, yalanı üzə çıxdı - Video


Azərbaycanlı Rasim Əhməd adlı bir şəxs özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb.

Turaztv.az “Marmaris Life” jurnalına istinadən xəbər verir ki, həmin şəxs 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyinə görə bələdiyyə sədri tərəfindən təltif edilib. Lakin görüş barədə Türkiyə mediasında xəbər yayıldıqdan sonra FHN-də Rasim Əhməd adlı şəxsin işləmədiyi məlum olub.

Məlumata görə, Rasim Əhmədin saxtakarlığının üstü iyul ayında türkiyəli yanğınsöndürənlərə kömək məqsədilə Türkiyəyə göndərilən azərbaycanlı yanğınsöndürənlərlə birgə çalışan S.Ş. adlı bir şəxsin diqqətcilliyi sayəsində açılıb. Həmin şəxs jurnalın Mətbuat xidməti əlaqə saxlayaraq belə bir komandirin Marmarisə gəlmədiyini bildirib. O qeyd edib ki, həmin şəxsin geyimi, rütbəsi və geyimin ad hissəsində də səhvlər var.

Türkiyə tərəfindən aparılan araşdırma zamanı quqlda da Rasim Əhməd barəsində məlumata rast gəlinməyib. Bununla yanaşı, yanğın zamanı Muğlada və Marmarisdə qalan əsgərlər sırasında həmin şəxsin adına rast gəlinməyib və onun PCR testi vermədiyi də aydın olub.

Bunun ardınca, Marmaris bələdiyyəsi Azərbaycanın səlahiyyətli şəxsləri ilə rəsmi və qeyri-rəsmi yazışmalar aparıb. Azərbaycan tərəfi belə bir şəxsin FHN-də və bu nazirliklə əlaqəli çalışan yanğınsöndürənlər sırasında olmadığını bildirib. Qeyd olunub ki, Azərbaycandan Türkiyəyə belə bir əsgər göndərilməyib.

Hazırda Rasim Əhməd adlı bu şəxsi Marmaris bələdiyyəsinə kimin dəvət etdiyi, ona bu geyimi kimin verdiyi və sözügedən təltifolunma mərasimini hansı qurumun təşkil etdiyi barədə suallar cavabsız qalıb.

Son xəbərlər

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31