
Xəbərlər
3.01.2022, 23:15
ŞEYTAN ƏLLƏRİNDƏYİK - Bəradər Xanaliyev
ŞEYTAN ƏLLƏRİNDƏYİK
Yenə də qaldırdılar,
Bazarda qiymətləri.
İlahi, görən nədir,
Bunların niyyətləri.
Beş-on nəfər yaşayır,
Sürünür qalanları.
Eh, sosial məkanda
Görünür yalanları.
Kəsildi pensiyalar,
Neçə süfrə boş qaldı.
Guya qaş düzəltdilər,
Nə göz, nə də qaş qaldı.
Baxın, diqqətlə baxın,
Bir görün nə gündəyik.
Ümid Allaha qalıb,
Şeytan əllərindəyik.
Hanı o artım qağa,
Sədəqədir, sədəqə.
Tarazlıq pozulubdur,
Yoxdu orta təbəqə.
Bəradər, səbrin olsun,
Çox da getmə dərinə.
Bir gün cavab verərlər
Bunlar əməllərinə.
Bəradər Xanaliyev
Yenə də qaldırdılar,
Bazarda qiymətləri.
İlahi, görən nədir,
Bunların niyyətləri.
Beş-on nəfər yaşayır,
Sürünür qalanları.
Eh, sosial məkanda
Görünür yalanları.
Kəsildi pensiyalar,
Neçə süfrə boş qaldı.
Guya qaş düzəltdilər,
Nə göz, nə də qaş qaldı.
Baxın, diqqətlə baxın,
Bir görün nə gündəyik.
Ümid Allaha qalıb,
Şeytan əllərindəyik.
Hanı o artım qağa,
Sədəqədir, sədəqə.
Tarazlıq pozulubdur,
Yoxdu orta təbəqə.
Bəradər, səbrin olsun,
Çox da getmə dərinə.
Bir gün cavab verərlər
Bunlar əməllərinə.
Bəradər Xanaliyev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












