Milli Məclisin sədri İranın xarici işlər naziri ilə görüşüb
Dekabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, spiker qonağı salamlayaraq, onun ölkəmizə ilk səfərinin münasibətlərimizin daha da möhkəmləndirilməsinə yeni təkan verəcəyinə ümidvar olduğunu ifadə edib. Parlamentin sədri qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yaxşı şərait mövcuddur. Münasibətlərimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri və görüşləri, onların siyasi iradəsi mühüm rol oynayır. Yüksək səviyyəli görüşlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir.

Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq torpaqlarını qəsbkarlardan azad etdi. O, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında məlumat verib.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolundan danışaraq, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirib ki, deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Sahibə Qafarova deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda səmərəli fəaliyyət göstərmələrini, müzakirə olunan məsələlərdə bir-birilərinə dəstək olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, bu yaxınlarda Madriddə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi yaradılıb. Qurumun bu parlament ölçüsü təşkilata üzv ölkələri düşündürən məsələlərin müzakirəsi və prinsipial məsələlərdə vahid mövqedən çıxış etmək baxımından əhəmiyyətlidir. Milli Məclisin sədri parlamentlərin bundan sonra da münasibətlərimizin inkişafına layiqli töhfə verəcəyinə inamını ifadə edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə Azərbaycan xalqını və Milli Məclisin sədrini təbrik edərək ürək sözlərini söyləyib. Bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Hüseyn Əmir Abdullahian İranın iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə daha da inkişafında maraqlı olduğunu deyib. Qeyd edib ki, hər iki dövlətin başçılarının siyasi iradəsi sayəsində münasibətlərimizdə keyfiyyətcə yeni mərhələ başlayıb.

O, yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, əməkdaşlığımızın daha da dərinləşməsinə parlamentlər də mühüm töhfə verir.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlərdən də danışılıb.

Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Əziz Ələkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, bu ölkənin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin sədri İranın xarici işlər naziri ilə görüşüb

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31