Xəbərlər
22.12.2021, 20:44
“Azərbaycan Dəmir Yolları”: Hava şəraiti ilə əlaqədar qatarların hərəkətində gecikmələr yarana bilər
Dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında havanın kəskin pisləşəcəyi, yağıntılı olacağı, küləyin sürətinin artacağı gözlənilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər. Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.
Sərnişinlərdən səfərlərini planlaşdıran zaman bunu nəzərə almaları, həmçinin platformalarda diqqətli olmaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay