Səbinə Əliyeva: Demokratiyanın inkişafı, sosial ədalət və tolerantlığın əldə olunması gender bərabərliyindən asılıdır
25 noyabr – Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Günündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Qadına şiddətə son” adlı sosial aksiya çərçivəsində keçirilmiş tədbirdə iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Liatris Holding” şirkəti tərəfindən təşkil edilmiş tədbirin iştirakçıları sırasında bu sahədə fəaliyyət göstərən bir çox dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının rəhbər və nümayəndələri yer alıblar.

Ombudsman Səbinə Əliyeva tədbirdə çıxış edərək, demokratiyanın inkişafı, sosial ədalət və tolerantlığın əldə olunmasının gender bərabərliyindən asılı olduğunu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 5-ci məqsədin məhz gender bərabərliyinə nail olunması, bütün qadın və qızlara səlahiyyət verilməsinə aid olduğunu qeyd edib.

Çıxışda milli qanunvericiliyimizin qadınların hüquq bərabərliyini nəzərə alaraq onlara qarşı hər növ ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərdiyi, respublikamızda ildən-ilə gender siyasəti sahəsindəki qanunvericilik bazasının daha da gücləndirildiyi bildirilib. Ombudsman onu da qeyd edib ki, qadınların hakimiyyət orqanlarında, qərar qəbuletmə prosesində bütün səviyyə və formalarda iştirakının əhəmiyyəti daha da artır.

S.Əliyeva qadınların hüquqlarının təmin edilməsi, onların təhsil və sağlamlıqla bağlı problemlərinin həlli, gender bərabərliyi sahəsində mövcud olan stereotiplərin aradan qaldırılması və qadınların ictimai həyatdakı mövqeyinin müdafiəsinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.

Ombudsman qadınların hüquqlarının təşviqi və müdafiəsi məqsədilə aidiyyəti dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə də əməkdaşlıq edildiyini bildirib.

Çıxış zamanı bu yaxınlarda Ombudsmanın təşəbbüsü əsasında keçirilmiş ənənəvi “Uşaq Hüquqları Aylığı” çərçivəsində də erkən evliliyin qarşısının alınması məqsədilə onlayn maarifləndirici təlimlərin keçirildiyi, qız uşaqlarının təhsildən yayınması, habelə məişət zorakılığının qarşısının alınması, ana və körpə ölümü ilə bağlı məsələlərin müzakirə edildiyi diqqətə çatdırılıb.

S.Əliyeva çıxışında qadın hüquqlarının daha etibarlı müdafiəsi və gender bərabərliyinin səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən çoxsaylı təkliflər irəli sürüldüyünü də vurğulayıb.

Yekunda tədbir iştirakçıları gender əsaslı zorakılığın aradan qaldırılmasına yönəlmiş tədbirlərin əlaqələndirilməsinin önəmini vurğulayaraq, bu sahədə milli insan hüquqları təsisatı olan Ombudsman Aparatı, dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektorun əməkdaşlığının daha da genişlənməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Son xəbərlər

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31