Kişinyovda Zəfər Gününə həsr olunmuş yürüş və bayram tədbiri keçirilibMoldovanın paytaxtı Kişinyov şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş yürüş və tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə baş tutan yürüş zamanı soydaşlarımız Azərbaycan, Türkiyə və Moldovanın görkəmli dövlət xadimləri Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və Ştefan çel Marenin abidələrini ziyarət ediblər.


Turaztv.az xəbər verirAzərbaycanın Moldovadakı səfirliyinin önündə gerçəkləşdirilən bayram tədbirində MAK sədri Elçin Bayramov, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Dağ yəhudiləri və yəhudilər icmasının nümayəndəsi Roman Aronov, Qaqauz icmasının sədri Nikolay Terzi, diasporun azad olunmuş Azərbaycan ərazilərindən olan üzvləri Məhəbbət İsmayılov, Yasin Seyidov, Mehralı Quliyev, Allahverdi Xələfov və başqaları çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğaldan qurtarması naminə ölkəmizdə yaşayan bütün millətlər, dünya azərbaycanlıları Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək misilsiz həmrəylik göstəriblər. Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini təkbaşına icra etməklə beynəlxalq hüquqa uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü təmin edib.

“Azərbaycan xalqı Prezident İlham Əliyev başda olmaqla şanlı Zəfər tarixi yazıb. Bir çox xalqlar Azərbaycan Prezidenti kimi liderin onlara rəhbərlik etməsini istəyərdi”, - deyə Qaqauz icmasının sədri N.Terzi bildirib.

Tədbir konsert proqramı ilə başa çatıb.

Son xəbərlər

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31