
Xəbərlər
6.11.2021, 23:30
“Efes-2022” təliminin planlama konfransı keçirilib
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təliminin planlama konfransında iştirak edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq təlimdə iştirak edəcək ölkələrin nümayəndə heyətləri ilə keçirilən konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub.
“Efes-2022” beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













