Hər kəsi sevindirəcək qərar“Bu gün saat 5-də amnistiya məsələsini Milli Məclisdə müzakirə edəcəyik. Bundan sonra amnistiyanın təxmini dairəsini biləcəyik. Hələ ki, əlimizdə dəqiq arayış yoxdur. Ona görə də amnistiyaya düşəcək insanların dəqiq sayı haqqında fikir söyləmək çətindir. Amma kifayət qədər geniş amnistiyadır. Burada daha əvvəl olmayan maddələr var”.

Bunu Publika.az–a açıqlamasında Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat bildirib ki, budəfəki amnistiya İkinci Qarabağ müharibəsindən sonra öz dədə-baba yurdlarından qaçqın düşmüş, eləcə də Qarabağdan məcburi köçkün düşmüş şəxslərə də şamil olunacaq:

“Eləcə də müharibə iştirakçılarına, əlillərə də tətbiq oluna biləcək bir amnistiyadan söhbət gedir. Şəhid ailələri, onların yaxın qohumlarına da bu amnistiyadan pay düşəcək. Düşünürəm ki, çox geniş bir amnistiya olacaq. Təxminən maddələr də məlumdur. Müharibədə iştirak edən bütün şəxslərə, eləcə də onların yaxın qohumlarına şamil ediləcək. Xocalı soyqırımının şahidləri, orada əlil olan şəxslərə də bu amnistiyadan pay düşəcək. 20 Yanvarda əlil olan şəxslərə, onların yaxın qohumlarına şamil ediləcək. İkinci Dünya müharibəsində itkin düşənlərin ailə üzvləri, eləcə də 16 yaşından yuxarı uşaqlara da şamil olunacaq. Ağır və xüsusi ağır olmayan cinayət törədənlərin hamısına bu amnistiyadan bu və ya digər dərəcədə pay düşəcək. Şərti azadlıqdan məhrum edilənləri də götürsək, təxminən 10 minə yaxın şəxs amnistiyadan yararlanacaq. Bu mənim fikrimdir. Təhlil edərkən bu qənatə gəlirəm ki, ümumən təxminən bu qədər adama amnistiyadan pay düşəcək”.

Son xəbərlər

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31