İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilibİstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib.

"Turaztv.az" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə olunub. Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə "ictimai diplomatiya”, "beynəlxalq media”, "strateji kommunikasiya”, "təhsil”, "qanunvericilik və tənzimləmə”, "rəqəmsallaşma və beynəlmiləlləşmə" komitələrinin yaradılması ilə bağlı qərar qəbul edilib.

İclasda çıxış edən Fahrettin Altun bildirib ki, 2020-ci il dekabrın 10-da prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ilə rəsmiləşdirilən Ortaq Media Platforması iki ölkə arasında son illər daha da inkişaf edən əlaqələrin media və rabitə sahələrində də tətbiqində çox dəyərli bir addım oldu.

F.Altun qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi zamanı kommunikasiya və media sahələrində də sıx əməkdaşlıq əhəmiyyətli rol oynadı. Media, kommunikasiya, xalq diplomatiyası, həmçinin dezinformasiya ilə mübarizə istiqamətləri Türkiyə-Azərbaycan əməkdaşlığında önəmli yer tutur. Ortaq Media Platforması Türkiyə və Azərbaycan mediasının qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsi, iki ölkə ictimaiyyətinin effektiv şəkildə məlumatlandırılması, qarayaxma kampaniyaları ilə mübarizədə ortaq strategiyaların hazırlanması baxımından böyük bir addımdır.
Azərbaycanın Vətən müharibəsi zamanı iki qardaş ölkə arasında kommunikasiya sahəsində formalaşan əməkdaşlıqdan bəhs edən Hikmət Hacıyev bu əlaqələrin Birgə Media Platforması vasitəsilə rəsmiləşdirildiyini diqqətə çatdırıb. Media və komunikasiya sahələrində nümayiş etdirilən həmrəyliyin qısa zaman ərzində uğurlu nəticələr verdiyini söyləyən Prezidentin köməkçisi deyib: "Bu gün liderlərimizin səyləri nəticəsində ən yüksək səviyyəyə çatan Azərbaycan-Türkiyə münasibətlərini qorumaq, daha da inkişaf etdirmək və gələcək nəsillərin yüz illər sonra da davam etdirməsini təmin etmək bizim tarixi borcumuzdur".

Hikmət Hacıyev sosial və beynəlxalq media platformalarında Azərbaycana qarşı aparılan dezinformasiyaya qarşı mübarizədə Türkiyənin təcrübəsindən istifadə ediləcəyini də vurğulayıb.
İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib

Son xəbərlər

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatının ilk gününü 2 medalla bitiriblər

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

İran Trampın 8 qadınla bağlı iddiasını təkzib etdi

"Oskar" mükafatlı rejissor vəfat etdi

O da "Fatih"in serialında rol alacaq

Dünyanın ən gözəl qadını... - FOTOLAR

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Meqanla şəkil çəkdirmək üçün bu qədər pul ödədilər

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Nazir minimum əməkhaqqının artırılması üçün görülən işlərdən danışıb

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930