
Xəbərlər
5.08.2019, 10:54
Şadlıq sarayının yaxınlığında kişi meyiti tapıldı

Neftçalada kişi meyiti tapılıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, meyit bu gün səhər saatlarında Neftçala şəhərində yerləşən şadlıq saraylarından birinin yaxınlığında aşkar edilib.
Meyiti tapılan şəxs Bankə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Mahir Abbas oğludur.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







