Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir
Turaztv.az xəbər verir:Anım günü münasibətilə Yevlaxda da Şəhər İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikası Milli Məclisinin Yevlax rayonu ərazisindən seçilmiş deputatları, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli və İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri üzvləri əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etdilər. Həmçinin burada Şəhidlərin Xatirəsinə ucaldılan Abidənin açılışı olmuşdur. Eyni zamanda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 500, Şəhidlər Xiyabanında isə Vətən Müharibəsində həlak olan yevlaxlı şəhidləri simvolizə edən 65 ədəd ağac əkilmişdir.
Sonra tədbir Heydər Əliyev sarayında davam etmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, Möhtərəm Prezidentimiz şəhidlərimizin anım gününü məhz savaşın başlanma tarixi ilə eyniləşdirib. Yəni, xalqımız hər il savaşla bağlı 44 gün sürəcək tarixi prosesləri qeyd edərkən, ilk olaraq məhz şəhidləri anacaq. Bəli, Zəfər günləri məhz şəhidlərimizin xatirəsini anmaqla başlayacaq.
Ali Baş Komandan müdrikcəsinə elan edir ki, bu zəfəri şəhidlərimizə borcluyuq. Onların qanları əbəs yerə tökülməyib, bu qan Zəfərimizə hopub, Qələbəmizin rəmzi olub. Bu gün hamımız sizinlə birgə şəhidlərimizin hüznünü saxlayırıq. Həm də sizinlə bərabər şəhidlərimizlə qürur keçiririk.
Bu 65 igidimiz onilliklər sonra da bütün Yevlaxın ən böyük qəhrəmanları sayılacaqlar və daim də fəxr mənbəyimiz olacaqlar.
Sizlərin itkisi böyükdür. Ancaq qürurunuz da böyükdür.
Təsəlliniz də odur ki, şəhidlərimizin qanı əbəs getmədi, bizə Zəfəri yaşatdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qəhrəmanlıqla fəda edən şəhidlərimizin ruhu bu gün azad Qarabağda rahatlıq tapır.
Əgər Azərbaycan xalqı 1988-1993-cü illərdə Heydər Əliyevsizlik dövrünü yaşamasaydı, bu problemləri də görməyəcəkdik. Nə müharibə baş verəcəkdi, nə də Yevlaxın iki savaşda qurban verdiyi 309 şəhidi olacaqdı. Yəni ümumiyyətlə Qarabağ problemi ilə üzləşməyəcəkdik.
Ümummilli liderimizin səyi ilə atəşkəsin imzalanması nəticəsində həm dövlətimizin, həm də ordumuzun quruculuğu başladı. Bu prosesin nə ilə nəticələndiyini isə möhtərəm Prezidentimizin fəaliyyətində aydın görürük. Cənab İlham Əliyevin sayəsində indi Azərbaycan qüdrətli dövlətə çevrilib, Ordumuz isə 32 illik müharibəni şanlı qələbə ilə bitirib.
Milli Məclisin deputatı İlham Məmmədov, şəhid Polkovnik leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, I Qarabağ müharibəsi qazisi Elxan Hümbətov, Vətən müharbəsi qazisi Elşən Mustafayev çıxışlarında qeyd etdilər ki, bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Vətən müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. Vətən müharibəsi xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən reallığı, eyni zamanda, nəinki ölkəmizin vətəndaşlarının , eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Vətən müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən monolit birliyə yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi anında baş qaldıran mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya sirayət etdi.
Sonda Yevlax şəhər Mədəniyyət Mərkəzi Şəhidlərin Xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirmişdir.
Ölkənin bütün ərazisində olduğu kimi saat 12:00-da Yevlaxda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi
Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi
Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi
Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi
Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi
Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi
Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi

Son xəbərlər

Nazir özünə yeni müşavir təyin etdi - Foto

Finlandiyalı bloqer estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi

Azərbaycan BMT-nin mühüm konvensiyasına qoşuldu - Foto

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Solmaz Şirin : CAVANLIQ - FOTO

XƏLİL MİRZƏ : Bu səfar dərdinəm - FOTO

Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum olub

Pentaqondan Hörmüz açıqlaması - “6 ay bağlı qalması mümkün deyil”

“Xalxın uşaqları”ndan tövsiyələr - Fotolar

“Bunun üçün ABŞ-dən “yaşıl işıq” gözləyirik”

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Həkim olmaq böyük məsuliyyətdir - FOTOLAR

Ədviyyatların boyatladığını göstərən 4 işarə

“Ad günümü səhnədə qeyd edəcəyəm” - 60 yaşlı Məleykə

Ölkədə yeni dələduzluq forması peyda OLUB - Vətəndaşın adına onlayn kredit götürüldü

“Avroviziya” təmsilçimiz yeni obrazda - FOTOLAR

Türkiyəli məşhur aparıcıda xərçəng aşkarlandı - FOTO

Bakı bulvarında yeni nəfəs - Caz və Şərab Festivalı başlayır+Fotolar

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930