Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında milli maraqlarımız naminə qətiyyətli mövqe nümayiş etdirdi25 sentyabr Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu. Prezidentimiz qalib dövlətin lideri kimi beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev BMT-nin yüksək kürsüsündən milli maraqlarımız naminə qətiyyətli mövqe sərgilədi, bütün dünyaya açıq şəkildə Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətlər, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsini və BMT Nizamnaməsini əsas götürərək Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi barədə məlumat verdi. Dövlətimizin başçısı Qarabağla bağlı tarixi həqiqətləri, Ermənistanın ölkəmizə qarşı 30 il ərzində təcavüzkar mövqe tutmasını, xalqımıza qarşı törədilən erməni terrorunu və digər həqiqətləri iştirakçıların diqqətinə çatdırdı. Prezident çıxışında ermənilər tərəfindən törədilən hərbi təxribatları vurğulayaraq, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaşın həlak olduğunu, eləcə də avqust ayında Ermənistanın diversiya qrupunun keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdiklərini, lakin bunun qarşısının uğurla alındığını bildirdi.

Sentyabrın 27-də Azərbaycan öz ərazisində Ermənistana qarşı genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Prezident öz çıxışında qeyd etdi ki, "44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi".

Deputat bildirib ki, Prezident İlham Əliyev zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməklə erməni faşizmini ifşa etdi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı, etnik təmizləmə siyasətini faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Erməni cəmiyyəti etnik nifrət və düşmənçilik üzərində qurulub, Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Dünya dövlətləri neo-faşizmlə mübarizə apardığı bir dövrdə ermənilər nasist general Qaregin Njdenin simasında nasizmi vəsf edir. Beləliklə, Azərbaycan öz Qələbəsi ilə təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib, regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına nail olub.

“BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Prezident İlham Əliyevin təşkilata üzv dövlətlərin diqqətinə çatdırdığı mühüm məqamlardan biri də beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşması, Ermənistanda revanşizm və hərbiləşdirməyə hər hansı dəstəyin göstərilməməsinin vacibliyinin qeyd edilməsidir. Azərbaycan regionda tarixi ədaləti bərpa edib, yeni reallıq yaradıb. Ermənistan bu reallığı qəbul etməlidir. Beynəlxalq ictimaiyyət bu istiqamətdə müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır, - deyə Pərvin Kərimzadə əlavə edib.

Son xəbərlər

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31