Vüsal Quliyev: İki gün ərzində ümumilikdə 300-ə yaxın QHT nümayəndəsinin Şuşaya səfəri planlaşdırılıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri təşkil edilib. Bu səfərdə artıq 130-dan çox QHT təmsilçisi iştirak edib.

Turaztv.az xəbər verir: Bu sözləri QHT təmsilçilərini müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşada AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

O qeyd edib ki, iki gün ərzində ümumilikdə 300-ə yaxın QHT nümayəndəsinin Şuşaya səfəri planlaşdırılıb. V.Quliyev Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarının fəal təbliğatçıları olan QHT-lərin Şuşa şəhərinə səfərinin çox böyük əhəmiyyət daşıdığını bildirib.

İşğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllərin hər addımda nəzərə çarpdığını deyən Vüsal Quliyev qeyd edib ki, viran qoyulan şəhər və kəndlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. O, düşmənin bütün dağıntıları məqsədli şəkildə etdiyini, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güddüyünü bildirib: “Bu gün böyük potensiala malik olan QHT nümayəndələri təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə təhlükə yaradan erməni barbarlarının törətdikləri vəhşilikləri öz gözləri ilə görür, dağıdılan kəndlərin, viran qoyulan qəsəbələrin, qırılan meşələrin dəhşətli mənzərəsi ilə qarşılaşırlar. Dünya bilməlidir ki, erməni faşizmi bəşəriyyət üçün çox böyük təhlükələr yaradacaq. Ermənilər tərəfindən Azərbaycana qarşı yalan və böhtan xarakterli kampaniyalarının qarşısının alınması istiqamətində QHT-lərin səyi xüsusilə vacibdir. Onlar gördüklərini olduğu kimi, yerli və xarici ictimaiyyətin diqqətinə çatdırmalıdırlar”.

V.Quliyev hazırda Qarabağın quruculuq işləri çərçivəsində nəhəng yenidənqurma işlərinin yüksək sürətlə davam etdiyini bildirib: “Xalqımıza məxsus yüzlərlə mədəniyyət və dini abidələr, qəbiristanlıqlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.

Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri yüksək sürətlə davam edir. Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri bərpa edilir. QHT nümayəndələrinin bu baxımdan hazırda Şuşaya səfərləri xüsusən əhəmiyyətlidir. Bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb. Bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşməkdə davam edirlər.

Son xəbərlər

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Haqqında yayılan xəbərlərə belə açıqlama verdi

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31