Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və ahıllar üçün əyləncə proqramı təşkil edibHeydər Əliyev Fondu Bakıda və regionlarda olan uşaq evlərinin, eləcə də Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinə növbəti dəfə sevinc bəxş edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Bakı, Şəki, Gəncə və Lənkərandakı uşaq evləri, eləcə də Bakının Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün nahar süfrələri və əyləncə proqramı təşkil olunub, onlara Fondun müxtəlif hədiyyələri çatdırılıb.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də yaşlı nəslin nümayəndələri üçün mütəmadi olaraq tədbirlər təşkil edir, kimsəsiz uşaq və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili baxımından layihələr həyata keçirir, bu kateqoriyadan olan insanlar əsl ailə qayğısı ilə əhatə olunur.

Fond tərəfindən aparılan ardıcıl tədbirlər, reallaşdırılan layihələrlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva kimsəsiz uşaq və ahılları daim ziyarət edirlər, onların gündəlik qayğıları ilə maraqlanırlar. Artıq bir doğmalıq sevgisi ilə əhatələnən bu insanların istər bayramlarını, tətil günlərini, istərsə də asudə vaxtlarını Fondun nümayəndələri ilə birlikdə keçirmələri ənənə halına çevrilib.

Bugünkü istirahət proqramı da yaddaşlara daha bir xoş gün kimi yazıldı. Uşaq evlərinin, ahıllar müəssisəsinin sakinləri bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər əsnasında paylaşdılar.

Bugünkü görüş həm də 1 saylı uşaq evinin sakinləri Qənirə Zeynalova, Maral Zeynalovanın və pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakini Lyudmila Ələkbərovanın doğum günlərinə təsadüf etdi. Məhz bu gündə keçirilən tədbir onlarda xoş təəssürat oyatdı.

Bu günlə bağlı təəssüratlarını bölüşən Lyudmila Ələkbərova deyib: “Bu ad günüm mənim üçün xüsusilə əzizdir. Bu, həyatımda ən unudulmaz ad günü idi. 18 yaşımdan sonra belə bir ad günüm olduğunu xatırlamıram. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə gözəl bir gün yaşadıq. Nahar süfrəsindən sonra musiqi sədaları altında şənləndik, alqış sədaları altında xüsusi hazırlanmış tortu kəsdik”.

Bu gün 13 yaşı tamam olan Maral Zeynalova ad gününü dostları ilə birlikdə şən və maraqlı keçirdiyini bildirib. On bir yaşını dostları ilə əylənərək qeyd etdiyini söyləyən Qənirə Zeynalova isə deyib: “Dostlarımla birgə doyunca rəqs etdik, maraqlı bir gün yaşadıq, hədiyyələrimiz də ürəyimizcədir. Belə gözəl doğum günü şənliyinə görə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.

Mehriban Əliyevanın tapşırığı ilə gözəl istirahət günündən xatirə olaraq uşaq evlərinə, eləcə də pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və ahıllar üçün əyləncə proqramı təşkil edib

Son xəbərlər

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31