
Xəbərlər
10.08.2021, 22:31
Masallının kartof sahələrindən indiyədək 15 min 530,8 tondan çox məhsul yığılıb
[
b]Masallı, 10 avqust, Bağır Əliyev, AZƏRTAC[/b]
Masallı rayonunda kartof yığımı kampaniyası başa çatmaq üzrədir. İndiyədək sahələrdən 15 min 530,8 ton məhsul yığılıb.
Bu baradə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin məhsulu üçün rayonda 893,6 hektar sahədə kartof əkilib. Hər hektardan orta hesabla 173,8 sentner məhsul istehsal olunub.
Rayonda yetişdirilimiş kartof məhsulu əsasən yerli bazarlara çatışa çıxarılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











