DİN Bakı və Abşeronda ƏMƏLİYYAT KEÇİRDİ

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Rahil Orucov saxlanılıb.

Onun üzərindən 65 qram heroin, 58 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda həyata keçirdikləri digər əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əli Cavadov və Bahadur İsmayılov saxlanılıblar. Əli Cavadovun üzərindən ümumilikdə 114 qram heroin, metamfetamin, elektron tərəzi, eləcə də 75 ədəd narkotik tərkibli metadon və preqabalin həbi aşkar edilib. Bahadur İsmayılovdan isə 24 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Bu şəxslər ifadələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində narkotik vasitələrin və “patı” adalanan matemfetaminin satışı ilə məşğul olduqlarını bildiriblər.

Binəqədi rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı isə narkotik vasitələrin, xüsusən gənclər arasında psixotrop tərkibli həblərin satışını həyata keçirən iki nəfər- Qafur Lətifov və Adil Ramazanov saxlanılıblar. Onlardan ümumilikdə 81 qram tiryək, heroin, metamfetamin, 240 ədəd narkotik tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.

Narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən daha bir şəxs isə Abşeron rayonu Masazır qəsəbəsində tutularaq məsuliyyətə cəlb edilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə yaşayan Tural İbrahimov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqram 47 qram metamfetamin, 270 qram heroin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartı və 2 ədəd elektron tərəzi aşkar edilib.

Abşeron rayonu Xırdalan şəhərində həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Ağaxan Hüseynov saxlanılıb. Onun şəhər ərazisində yerləşən evinə və üzərinə baxış zamanı 5 qrama yaxın metamfetamin və 1 ədəd “F-1” əl qumbarası aşkar edilib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonu Xırdalan şəhəri ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana” aşkar edilib. Həmin mənzilə baxış zamnaı orada narkotik vasitələrin qəbuluna şərait yaradan Ləman Abdullayeva, Əsmər Abdullayeva və Elşən Cəfərov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 27 qram heroin və metamfetamin aşkar edilib.

Yasamal və Sabunçu rayonunda həyata keçirilən sonuncu əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərid Qulubəyov və Aqil Əzizov saxlanılıblar. Fərid Qulubəyovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 9 qrama yaxın yüksək təsiredici maddə olan kokain, 35 qram metamfetamin, 25 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Aqil Əzizovdan isə ümumilikdə 1 kiloqram 800 qram marixuana və elektron tərəzi aşkar edilib. Bu şəxslər də ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər məsuliyyətə cəlb edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib.

Son xəbərlər

Meksika mundiala qələbə ilə başladı

İrəvanda ildırım körpünü uçurdu

Makrona gələ bilməyəcəyini dedi

Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpıldı - FOTOLAR

Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

HÜQUQUN,ƏDALƏTİN və AZAD DÜŞÜNCƏNİN BÖHRAN YAŞADIĞI CƏMİYYƏTİN POETİK OBRAZI...

SEVİNC YUNUSLU : Sənə sinəmin altda qürub saxlamışdım axı.. - FOTO

Ürəyinizin tezliklə dayanacağını necə bilmək olar - dərhal nə etməklazımdır?

Aralıq dənizində zəlzələ baş verdi

FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

"Ömer"in aktrisası yeni serialda - FOTO

"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO

DÇ-2026-nın açılış mərasimi baş tutdu

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930