“Şuşaya getmək istəyirəm” — Ayaz MütəllibovAzərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov işğaldan azad edilmiş Şuşa şəhərinə səfər etmək arzusundadır.

Turaztv.az Demokrat.az-a istinadən bildirir ki, bu barədə Modern.az-a Ayaz Mütəllibovun özü bildirib.

Keçmiş prezident Azərbaycan Ordusunun qələbəsini möhtəşəm qəhrəmanlıq salnaməsi adlandırıb: “Şuşanın, ümumiyyətlə, Qarabağın işğaldan azad olunması Azərbaycan xalqının tarixində çox möhtəşəm qələbədir. Tarixçilər hələ uzun müddət bu zəfər barədə öz araşdırmalarını aparacaq və yazacaqlar. Azərbaycanın igid oğulları, hərbçiləri döyüş şücaəti göstərdilər. Bu, nəinki Azərbaycana, mən deyərdim ki, beynəlxalq aləmin döyüş tarixinə də qızıl hərflərlə yazılmalıdır. Bir daha fürsətdən istifadə edib, şəhid balalarımıza Allahdan rəhmət, əzizlərinə səbr diləyirəm. Yaralı qazilərimizə də tezliklə sağalıb, həyatda öz yerlərini tutmalarını arzu edirəm”.

Ayaz Mütəllibovun fikrincə, Şuşaya gediş-gəlişin təmin edilməsi dövlətimiz və Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir.

Sabiq prezidentin fikrincə, Azərbaycanın azad olunmuş ərazilərinə məhdud səfərlərin təşkili gələcəyə hesablanmış müdrik addımdır: “Diplomatik nümayəndələrin, mədəniyyət xadimlərinin Qarabağa səfərləri beynəlxalq aləmdə bizim mövqeyimizin möhkəmlənməsinə xidmət edəcək. Dünya ictimaiyyəti bir daha bilməlidir ki, Şuşa Azərbaycanındır, onun əzəli və ayrılmaz bir hissəsidir. Şuşanı biz tikmişik və onu uzun müddətli işğaldan sonra geri qaytardıq. İlham Əliyevin Şuşa barəsində, ümumiyyətlə, müharibədən sonra Qarabağa münasibətdə apardığı siyasəti təqdir edirəm. Biz bunun bəhrəsini bir müddət sonra görəcəyik”.

Bundan əlavə, sabiq prezident Şuşa şəhərinin onun üçün də böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb: “Yəqin çoxlarına məlum deyil ki, uşaqlığım Şuşada keçib. Hələ çox kiçik ikən, təxminən 4-5 yaşlarında rəhmətlik anam üçüm Cıdır düzündə güllər toplayıb gətirirdim. Buna görə, bu dilbər guşə ilə bağlı çox kövrək xatirələrim var. Təbii, imkan olsa, böyük məmnuniyyətlə gedərdim. Belə bir fürsət yaransa, mütləq Şuşaya gedəcəyəm. Nəinki Şuşaya, həmçinin Ağdama, Laçına və digər bölgələrə də getmək istəyərdim”.

Son xəbərlər

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31