Prezidentin komandan təyin etdiyi Əfəndiyev kimdir? - DOSYEGeneral-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı təyin edilib.

Turaztv.az Azərforum-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Ə.Əfəndiyev Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.


Azərbaycan ordusunun general-mayoru, Birinci Qarabağ müharibəsinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı Ənvər Zəkəriyyə oğlu Əfəndiyev 18 noyabr 1965-ci ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub.
1983-cü ilə qədər Qax rayonu Qaşqaçay kənd orta məktəbində təhsil alıb. Elə həmin il Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olmuşdur. 1987-ci ildə hərbi təhsilini uğurla başa çatdıraraq Sovet Ordusunun tərkibində Kiyev hərbi dairəsində taqım komandiri vəzifəsinə təyinat almışdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 1999-2000-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Akademiyasını (Kara Harp Okulu) bitirmişdir.
1987-1989-cu illərdə Kiyev hərbi dairəsində taqım və bölük komandiri xidmət etdiyi müddətdə 1988-ci ildə üç aylıq müddətə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Çernobıl şəhərinə yollanıb. 1989-1992-ci illərdə Monqolustanda dislokasiya olunan Sovet qoşunlarının tərkibində bölük komandiri və taborun qərargah rəisinin müavini kimi xidmət edib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir.
Azərbaycan Ordusunda xidmətə başladığı ilk vaxtlardan etibarən Birinci Qarabağ müharibəsində Ağdam-Ağdərə istiqamətində tabor komandiri, alay komandirinin müavini kimi döyüşlərdə birbaşa iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır.
2000-2003-cü illərdə birləşmə komandiri, 2003-2005-ci illərdə Şəmkir Korpusu komandirinin Maddi-Texniki Təminat üzrə müavini, 2005-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində rəis müavini, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri, 2013-2015-ci illərdə Bərdə Korpusunun Qərargah rəisi vəzifələrində xidmət etmişdir.
2016-cı ildə baş vermiş Aprel döyüşlərindən sonra 24 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.
2015-ci ildən 2020-ci ilin iyun ayına qədər Müdafiə Nazirliyinin Döyüş hazırlığı və hərbi təhsil Baş İdarəsində döyüş hazırlığı rəisi vəzifəsində xidmət etmişdir. 2020-ci ilin iyun ayından sentyabr ayına qədər Döyüş hazırlığı və hərbi təhsil Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmişdir.
İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusunun 6-cı (ehtiyat) korpusunun komandiri kimi döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Quru Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdir.

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930