Mütəxəssisdən uşaqlarla bağlı SOS SİQNALI: "Delta" təhlükəsi ilə üz-üzədirlər"

"Uşaqlar "Delta" variantına yoluxma təhlükəsi ilə üz-üzədirlər".

Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O qeyd edib ki, İngiltərədən olan ən son elmi statistik rəqəmlər bizə payızda məktəblərlə bağlı çox ehtiyatlı olmağı göstərir: "Belə ki, orada may ayının sonunda 1 həftəlik tətilə, ona qədər isə məktəblərdə aparılan test strategiyalarına və məsafə qaydalarına əməl olunmağına baxmayaraq, "Delta" variantının peyvənd olunmayanlar və ya az doza ilə peyvənd olunanlar arasında kifayət qədər artmasının şahidi oluruq. Artıq elmi aspektdən baxdıqda deyə bilərik ki, dünyanın ən gənc nəsilləri, yəni uşaqlar "Delta" variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər. Ciddi təhlükələrdən də biri onların Long COVID problemləri olacaq. Onlar mütləq qorunmalıdırlar, Azərbaycanda uşaqları qorumaqla bağlı tədbirlər planı artıq hazır olmalıdır".

Mütəxəssis həmçinin peyvəndlərin koronavirusun "Delta" ştammına qarşı effektindən də söz açıb: "İsraildə aparılan son epidemioloji təhlillər Biontech/Pfizer-in "Delta" variantına qarşı effektivliyinin 64%-ə endiyini göstərir. Əgər payız aylarında yoluxma orada çoxalarsa, effektivliyin qeyd edilən formada olması ciddi problemlər yarada bilər. Biontech/Pfizer peyvəndinin ürək əzələsinin ciddi iltihabına səbəb olması barədə elmi tədqiqatların müəyyən hissəsi yekunlaşır. Ümumiyyətlə mRNA peyvəndlərinin (Biontech/Pfizer və Moderna) yan təsiri kimi ürək əzələsinin iltihabı məsələsi müzakirə olunur. Qərarı çətinləşdirən odur ki, COVID-19 virusuna yoluxarkən də ürək əzələsinin iltihabı kimi ağırlaşmaya rast gəlinir. Bu iki halı, yəni peyvənddən sonra və COVID-19-dan sonra, müqayisə edəcək ciddi elmi tədqiqatı aparmaq isə çox çətindir. Scripps Center La Jolla -dan olan tədqiqat sübut edir ki, COVID-19-dan sonra ürəyin funksiyası bəzən aylarla pozulur. Dəqiq səbəbləri elmi olaraq hələ də araşdırılır".
N.Abdullayevin sözlərinə görə, yeni "Novavax" peyvəndi haqqında önümüzdəki aylarda daha çox eşidəcəyik: "Onunla bir çox kasıb ölkələri də vəziyyətdən çıxarmağa çalışılacaq".

Son xəbərlər

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031