Amerikalı ekspert seçkilərdən sonra Ermənistanda həllini gözləyən məsələlərdən danışdı

ABŞ-dan olan analitik, “Gulf State Analytics”in (geosiyasi risklərin qiymətləndirməsi şirkəti, Vaşinqtonda yerləşir) aparıcı eksperti Teodor Karasik Caliber.Az-a verdiyi açlıqlamada Ermənistandakı seçkiləri şərh edib.

Onun sözlərinə görə, Ermənistandakı seçkilərin nəticələri həqiqətən də çox unikaldır, çünki İrəvan Azərbaycanla müharibədə uduzan tərəf oldu, amma buna baxmayaraq, seçkiləri Nikol Paşinyan qazandı.

“Bəlkə də ən əsas səbəb onun rəqiblərinin yeni heç bir şey təqdim edə bilməməsidir. Bundan əlavə, onların böyük və daxili siyasi məsələləri var. Həm də qeyd etmək istəyirəm ki, Rusiya, göründüyü kimi, bu hadisəni (Ermənistandakı seçkiləri - red.) özünün böyük strategiyasının bir hissəsi kimi qəbul etmədi. Nikol Paşinyan Ermənistanın lideri olaraq qaldı və bu, gələcək əlaqələr üçün zəmin yaradır. Ölkə qarşısında xarici siyasətlə əlaqədar müxtəlif səviyyəli suallar dayanır. Öncə söhbət Ermənistanla qonşu olan - Gürcüstan və Azərbaycandan gedir.

Tbilisinin danışıqlar prosesində iştirak etməsi (Ermənistandan mina xəritələrinin alınması və əvəzində bir neçə erməni diversantın Ermənistana qaytarılması nəzərdə tutulur - red.) potensial gərginliyin bir qədər səngiməsindən xəbər verir.

Digər vacib bir istiqamət əlbəttə ki, Türkiyə, İran və Rusiyadır. Bu üç güc, adətən Qafqazda olduğu kimi, Azərbaycan, Gürcüstan və Ermənistanda nüfuz qazanmaq uğrunda mübarizə aparacaqlar. Əsas istiqamət - logistika, mədənçilik, iqtisadiyyat, o cümlədən enerji və su mənbələridir”, - deyə T. Karasik fikrini tamamlayıb.

Son xəbərlər

HƏKİM ÖMRÜNÜN DAVAMI

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31