Bakıda onkologiya üzrə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Amerika Kliniki Onkologiya Cəmiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 21-də Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş “Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilən konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılması və 80 il ərzində keçdiyi tarixi yol haqqında konfrans iştirakçılarına məlumat verib. C.Əliyev bildirib ki, ölkəmizdə onkoloji xidmətin yüksək səviyyəyə çatması, səmərəliliyinin dinamik şəkildə artması və ən müasir standartlara cavab verməsi bu sahədə çalışan mütəxəssislərin gərgin əməyi, xüsusilə ölkə rəhbərliyinin daimi diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Son illər ərzində onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası üçün yaradılmış şərait, neyrocərrahiyyə, torakal cərrahiyyə, onkoginekologiya, onkourologiya və onkohematologiya şöbələrinin yaradılması, ABŞ-ın “Varian” şirkətinin ən qabaqcıl texnologiyası əsasında qurulmuş stereotaktik şüa terapiyası mərkəzinin təsis edilməsi, ilk dəfə Nüvə Təbabəti Mərkəzinin yaradılması Azərbaycan Respublikası Prezidentinin onkoloji xəstələrə diqqət və qayğısının bariz nümunəsidir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə yaradılmış Uşaq Onkoloji Klinikası isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün yüksək keyfiyyətli cərrahiyyə, kimya terapiyası və şüa terapiyası xidmətlərini təmin edir.
Bakıda onkologiya üzrə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikultiralizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirərək, konfransın işinə uğurlar arzulayıb. Təbrik məktubunda xüsusi olaraq vurğulanıb ki, dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislərin qatıldığı, onkologiya üzrə bu mötəbər elmi konfransın ölkəmizdə keçirilməsi, Azərbaycanın onkoloji xəstəliklərlə mübarizədə daim artan nüfuzunun göstəricisidir.

Tədbirin davamında Azərbaycanda onkologiyanın inkişaf tarixindən, müasir onkologiyanın əldə etdiyi nailiyyətlərdən söz açılmış, Səhiyyə nazirinin birinci müavini, Səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev, Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Soltan Məmmədov, İngiltərənin Oksford Universitetinin professoru Devid Kerr, ABŞ-nin

Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti professor Culi Qralou, Türkiyənin Hacettepe Universitetinin professoru Suayib Yalçın və digər məruzəçilərin çıxışları dinlənilib.

Konfrans öz işini Milli Onkologiya Mərkəzinin aparıcı mütəxəssisləri, həmçinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Qərbi Virciniya Universitetlərinin, Filadelfiyanın Fox Chase Xərçəng Mərkəzinin, Veill Cornell Tibb Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin, İtaliyanın Genoa Universitenin, Türkiyənin Hacettepe Universitetinin professor və aparıcı mütəxəssislərinin bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsində ənənəvi və müasir müalicə metodları ilə yanaşı, müasir diaqnostika və müalicə metodları, bu sahədə aparılan elmi araşdırmalar, əldə olunan nəticələr barədə müzakirə və təqdimatlarla davam etdirib.Bakıda onkologiya üzrə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Bakıda onkologiya üzrə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Bakıda onkologiya üzrə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Bakıda onkologiya üzrə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Bakıda onkologiya üzrə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Son xəbərlər

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Nişanından bir ay keçməmiş həbs olundu

Tolqa Sarıtaş "Teşkilat"dan ayrılır?

5 ildə 2 dəfə meydanda ürəyi dayandı

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Qızlarımız Dünya Çempionatını 4-cü sırada bitirdi

Yalnız bu günəş eynəklərini alın - gözlərinizi qorumağa zəmanət verir

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930