“Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” konfransı

2021-ci il fevral ayının 2-də Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Azərbaycanda Gənclər Gününə və ölkəmizin ilk telekommunikasiya “Azerspace-1” peykinin orbitə çıxarılması tarixinə həsr olunmuş “Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda VI Beynəlxalq elmi-praktiki gənclər konfransı onlayn formatda öz işinə başladı.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-nin dəstəyi ilə keçirilən Beynəlxalq konfransın işinə ABŞ, Rusiya, Türkiyə, Ukrayna, İsrail, Almaniya, Çexiya, Qazaxıstan və Azərbaycandan olan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 10 universiteti, 15 elmi mərkəzi, beş dövlət qurumunu, üç aparıcı firmanı təmsil edən 150-dən çox iştirakçı qatılıb.

Konfransı giriş sözü ilə açan MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov çıxış edərək MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin konfrans iştirakçılarına təbrikini oxudu.

Qeyd edildi ki, konfransda səkkiz bölmə üzrə aerokosmik sahənin, mülki aviasiya və nəqliyyat, informasiya texnologiyaları, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə həsr edilmiş yüzə yaxın məruzə dinləniləcək.

Konfrans çərçivəsində həmçinin “Hava nəqliyyatında təhlükəsizlik: problemlər və perspektivlər” və “Təchizat zənciri menecmentinə müasir baxış və perspektivlər” mövzularında Azərbaycanın bu sahədə tanınmış alim və mütəxəssislərinin iştirakı ilə “dəyirmi masa”ların da keçirilməsi nəzərdə tutulub.

Professor Ədalət Səmədov bildirdi ki, “Fevral məruzələri 2020”-dən sonra keçən il ərzində respublikamızın və xalqımızın həyatında çox əhəmiyyətli tarixi hadisə baş verib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-a qədər olan 44 gün ərzində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şanlı ordusu torpaqlarımızı 30 illik işğaldan azad edilib. Bu tarixi qələbə Ali Baş Komandanın müdrik siyasəti, dəmir iradəsi, dəqiq və düşünülmüş strategiyası, eyni zamanda döyüşçülərimizin cəsarəti, Azərbaycan xalqının ölkə başçısı ətrafında sıx birliyi sayəsində qazanıb. Müasir hərbi texnologiyalardan istifadə etməklə döyüş əməliyyatlarının aparılma taktikası da öz əhəmiyyətli rolunu oynayıb.

Konfransda təbrik sözü ilə çıxış edən Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov qeyd etdi ki, məhz MAA-da aviakosmik sahə üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı uğurla həyata keçirilir. Yeni iqtisadiyyata keçid problemləri, regionların innovasiya inkişafının aparıcı texnologiya parkları kimi müəyyən edilməsi, ali məktəbin bu məsələnin həllində rolu və iştirakı akademiyada birinci dərəcəli məsələ kimi baxılır və bu bizi çox sevindirir.

Plenar iclasda çıxış edən məruzəçilərin - konfransın sədri, MAA-nın aerokosmik məsələlər üzrə məsləhətçisi, akademik Roald Saqdeyevin “21-ci əsr: insanlığa qlobal çağırışlar – elm hansı çıxış yolunu təklif edir”, Odessa Milli Politexnik Universitetinin Kompüter Sistemləri İnstitutunun direktoru, professor Svetlana Antoşukun “Süni intellekt bu gün və sabah”, Rusiya Elmlər Akademiyasının V.A. Kotelnikov adına Radiotexnika və Elektronika İnstitutunun baş elmi işçisi, professor Aleksandr Potapovun “Radioelektron sistemlərdə qabaqcıl fraktal texnologiyalar”, İsraildən olan hərbi aviasiya üzrə ekspert, t.f.d. Aleksandr Şulmanın “İsrail pilotsuz aviasiyasının yaranma tarixi”, Türkiyənin İnnovasiya Menecmenti və TRİZ İnstitutunun prezidenti, professor Ali B. Kutvanın “İnnovasiyaya sistemli yanaşma: TRİZ və innovasiya” mövzularında olan çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi.

Konfransda həmçinin MAA-nın Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədov və Almaniyadan olan soydaşımız, professor Mesud Əfəndiyev çıxış etdilər. “

Qeyd edək ki, fevral məruzələri 2021” Beynəlxalq konfransı fevralın 4-ə qədər davam edəcək.

Son xəbərlər

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031