Mənalı ömrün Könül hekayəti

Mənalı ömrün salnaməsi...

Bəşər övladına Allahın bəxş etdiyi ömür payı hər kəs tərəfindən mənalı yaşanırmı?!.
Yaxud yaşanan hər ömrün salnaməsini qələmə alıb gələcək nəsillərə yadigar saxlamağa ehtiyac varmı?!.


Yer üzünün əşrəfi sayılan insanların hamısı ilə bağlı təəssüf ki, bu iki sualın heç birinə təsdiqedici cavab verə bilmirik. Çox da uzağa getmədən və subyektiv fəlsəfi təhlillərə varmadan da elə ətrafımıza adi müşahidəçi gözü ilə baxdıqda yuxarıdakı sualların cavabında “yox” deyirik. Amma ... bəşər övladına elə ona görə Yer üzünün əşrəfi deyilir ki, nisbi mənada hər yüz, bəlkə də min nəfərin içində bir nəfər MƏNALI ÖMÜR yaşayır, həm irsi-genetik olaraq, həm də ailədə və cəmiyyətdə aldığı düzgün tərbiyənin təsirindən ta uşaqlıqdan zəhmətə qatlaşır, bütün kin-küdurətdən, pisliklərdən, paxıllıqlardan uzaq olur, daim qurub-yaratmağı və hətta ona pislik edənlərə belə xeyirxahlıq etməyi özünün həyat amalına çevirir.

Zərdüşt peyğəmbərin bəşəriyyətə arzuladığı “Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl” tövsiyyəsini özünün şüarına çevirir, bir sözlə, Yer üzünün əşrəfi adlanmağa layiq olur... Məhz belə İNSANların hesabına adamların çoxu ali varlıq sayılır. Məhz belələrinin ömür salnamələri qələmə alınmalı, ibrət dərsi kimi gələcək nəsillərə çatdırılmalıdır. Elə cəmi bəşər övladları da Yer üzünün əşrəfi adlandırıldıqları üçün onlara borcludurlar.
Dostum Könül Baxışova da bizim könül sirdaşımız, həmdəmimiz, pis günlərimizin sadiq yoldaşı, vəfalı, etibarlı bir xanım olaraq rəğbətimizi qazanıb.

Bu yazımın qəhrəmanı Könül Tehran qızı Baxışova 5 may 1974-cü ildə İsmayıllı rayonunun Balik kəndində anadan olub. Sumqayıt şəhər 17 nömrəli orta məktəbi, daha sonra Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.

Yurdumuzun dəyanətli balası,
Şir ürəkli, ər xislətli balası.
Həcər kimi cəsarətli balası,
Tərifini yazım ay Könül xanım.

Bərkidin sən bu atəşdə, alovda,
Qıy vururdun döyüş adlı bir ovda.
O gün olsun vuruşduğun torpaqda,
Səslənsin saz-kamanım Könül xanım.

Bu misraları Könül xanıma həsr etmişəm. Başımızın üstünü qara buludlar alanda, yəni ermənilər Qarabağa iddialı olanda, elan olunmamış müharibəyə başlayanda minlərcə Vətən övladı kimi, Könül Baxışova da könüllü olaraq döyüşən oğullara qoşulub, 1992-ci ildə 17 yaşında hərbi qulluğa gedib.

Barıt qoxulu bu yollar, bu yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar?
Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu, aylı paqonlar...

Hərbi diktor və marşların, hərbi mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının ürəyəyatımlı səsi ilə oxuduğu bu hüznlü mahnı, həzin melodiya dalğa-dalğa ürəyimə axır. Odlu-alovlu yolların yolçuları üçün oxuyur. Amma bu mahnıda xoş müjdəli bir sabaha inam da var.

O inamı da Ali Baş Komandanımız İlham Əliyev və ordumuzun hünərli döyüşçüləri ötən il sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Zəfər döyüşü, ikinci Qarabağ savaşı xalqımıza verdilər. Könül xanım kimi müharibə iştirakçıları bu Qələbəmizə daha çox inanır və sevinirdilər. Çünki onların mərd və mübariz davamçıları, çağdaş nəsil ermənilərə qan uddurdular. Ali Baş Komandanımız İlham Əliyevin Dəmir Yumruğu öz işini gördü.
Bu sətirləri yazarkən qəlbimdən başqa hiss keçdi. Nə olaydı Könül xanım da döyüşən övladlarımızın sırasında bir daha olaydı. Mənfurlar görərdilər ki, təkcə oğullarımız yox, qızlarımız da təpərli və hünərlidirlər, qorxmaz və mübarizdirlər.
Bəli, Könül Baxışova Vətəninə bağlı insandır. Daxili Qoşunlarda xidmət edib. Gizir rurbəsi ilə təqaüdə çıxıb. Hərbi əlildir.
Biz onsuz da Könül xanımın Vətənə bağlılığını, yurdsevərliyini bilirdik. Bu məlumatlar onun haqqında olan bilgilərimizi zənginləşdirdi. Qeyd edim ki, bu bilgiləri Könül xanımdan gizlin olaraq yaxın rəfiqəsi Xəyalə Pirvəliyevadan almışam. Çox sağ olsun, əziyyəti böyükdür.
K.Baxışova 2007-ci ildə ailəsi ilə birlikdə doğulub boya-başa çatdığı məkana - İsmayıllıya dönüb. Elvina adlı bir qızı dünyaya gəlib. Həyat yoldaşı isə 1 nömrəli şəhər orta məktəbində idman müəllimidir.

Qeyd etdiyim kimi, bu xanımın canında zəhmət, iş yanğısı var. Gözəl təşkilatçılığı var. Odur ki, bu məziyyətləri nəzərə alınaraq K.Baxışova 2013-cü ildə İsmayıllı rayon Mədəniyyət Mərkəzinə direktor müavini vəzifəsinə təyin edilib. Burada çalışmaqla yanaşı İsmayıllı Humanitar və Texnologiya Kollecinə tarix müəllimliyinə də təklif alıb. Rayon ərazisində hansı tədbir keçirilibsə, Könül xanımı orada təşkilatçı və iştirakçı kimi görmək olar. Bu qabiliyyət və bacarığı nəzərə alınaraq ona daha böyük etimad göstərilib. Belə ki, 2017-ci ildən İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə direktor təyin olunub. Müavini Ruhiyyə Mirzəyeva, iş yoldaşları Azər, Şamo, İkram və başqaları da Könül xanımdan razıdırlar. İşçilər arasında yuksək nüfuza malikdir.

Kollecdə işlədiyi dövrdə bir çox beynəlxalq elmi konfrans və simpoziumda, eləcə də yerli konfranslarda məruzə ilə çıxış edib.
Bunlarla kifayətlənməyən K.Baxışova “Müasir şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda Beynəlxalq Elmi Konfransında, 26-28 aprel 2017-ci il tarixdə Türkiyə-Niğdede keçirilən IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda da iştirak edərək təkcə İsmayıllıya deyil, ümumən Azərbaycana başucalığı gətirib.

Ötən il Mərsim şəhərində keçirilmiş “MERSİN-SEMPOZYUMU-ÖZET-KAYIT-FORMU-ARALIK-2019.docx” elmi konfransında da fəal iştirak edib.

İstər hərbi sahədə, istərsə də hazırda çalışdığı sahədə göstərdiyi xidmət layiqincə qiymətləndirilib. Belə ki, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Silahlı Qüvvələrin 10 illiyi” medalı, Daxili İşlər Nazirliyinin “Xidmətdə fərqlənmə” döş nişanına layiq görülüb. Daxili Qoşunlarda atıcılıq üzrə keçirilmiş yarışlarda 2-ci yeri tutub.
Könül Baxışova həmçinin deputat seçkilərində də yaxından iştirak edib. Belə ki, 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə qüvvəsini sınamağa müvəffəq olub, qalib gəlməsə də, müəyyən təcrübə toplayıb. Bilir və dərk edir ki, xalqın elçisi daim onun yanında olmalı, problemlərinin həllinə bacardığı köməkliyi göstərməlidir. Bir sözlə, xalq üçün, el-oba üçün yanmalıdır, cəfakeşliyini, fədakarlığını göstərməlidir.

Mən rəssam olsaydım, onu kökləri torpağın təkinə işləyən qocaman palıd ağacına bənzədərdim. Zamanın sərt sınaqlarının öz izlərini qoyduğu azman gövdənin yarpaqlarını isə zərif, kövrək, yamyaşıl təsvir edərdim. Həzin meh yarpaqları titrədikcə hünərli – sevincli, kədərli – nisgilli bir ömrün hekayəti səslənərdi.
Mən rəssam olsaydım, onun ürəyinin əvəzinə kətana nur parçası həkk eləyərdim. Məhəbbət, sevgi dolu bu nurdan hamıya pay düşərdi. Amma onun özəyi ailəsinə, dünyalar qədər sevdiyi yeganə övladı Elvinaya və sevib könül bağladığı ömür-gün yoldaşına ünvanlanardı.

Yəqin ki, Rəbbimiz Könül xanımı özünün xoş məqamında xəlq edib. Şax qamətli, yapışıqlı siması, yalnız özünə bəlli hikmətlər gizlənmiş sınayıcı baxışları onu bizə çox sevdirib. Bilirik ki, bu gözləri aldatmaq olmaz, bu baxışlardan nəyisə gizlətmək qüyri-mümkündür. Çünki o, sözün əsl mənasında, əsl ziyalı, adı böyük hərflərlə yazılmağa layiq xanım-xatındır.

Çox vaxt ziyalılıq haqında müəyyən söhbətlər gedir, müzakirə və diskussiyalar aparılır. Hansısa rus yazıçısı – səhv etmirəmsə, - V.Kojevnikov yazıb: “Bizim zamanda bütün boş kürsüləri tutmaq uğrunda mübarizə gedir. Yalnız bircə kürsü səbirsiliklə öz sahibini gözləyir.

Bu – ZİYALILIQ KÜRSÜSÜdür!”.

Onu həmişə mədəniyyətimizin, tariximizin mənşəyi maraqlandırıb, o, təbiətimizə qəlbən bağlıdır. Könül xanımın ən çox sevdiyi məkanlardan biri – zaman bağlarının tam mənası ilə seçildiyi yer – İsmayıllıdır. Ona görə yox ki, burada doğulub, boya-başa çatıb. Ona görə ki, bu məkan başdan-başa cənnətin bir parçasıdır. Ona görə ki, cənnətin bir parçası dediyimiz bu guşənin hər yeri gözəldir, qışı bir cür, yazı bir cür, yayı bir cür, payızı da bir cürdür. Buraya gələn hər kəs ofsunlanır, heyrətlənir. Ana təbiətin özü tərəfindən. Ulu Yaradanımız bu məkana daha nələri verməyib?!. Hər cür sərvət var bu yurdda. Ən böyük sərvəti isə mənəvi, əqli cəhətdən inkişaf etmiş zəhmətkeş və fədakar insanlarıdır. Könül Baxışova kimi!

Burada dostluq etdiyim dövrdən başlayaraq Könül Baxışovanı ləyaqətli vətəndaş, xeyirxah insan, sözübütöv qadın, aydın təfəkkürlü, düşüncəli ziyalı kimi o uca kürsüdə görmüşəm. Onu şəxsiyyəti, rayondakı nüfuzu başqalarından fərqləndirir. Onun ən başlıca keyfiyyəti həyatda tutduğu mövqe, cəmiyyət, insanlar ilə energetik əlaqə yaratmaq məharətidir.

Bu gün onu hamı xoş xasiyyətli, həlim bir insan kimi tanıyır. Həyatsevər, zəhmətsevər Könül xanım çalışdığı sahədə də örnəkdir. Günü hamımıza yol göstərən, yolumuzu işıqlandıran kitabların arasında keçir.

Könül Baxışova xoşbəxt insandır. Onun xoşbəxtliyi ondadır ki, o, gücünü, vaxtını, bacarığını olduqca vacib bir missiyaya sərf edir. Özü mədəniyyət işçisidir, ideoloji sahənin kapitanlarından biridir və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə özü, işi görünür. Bu belə də olmalıdır, çünki həyatda, cəmiyyətdə yerini tutmaq - ən böyük zəhmətdir.

Onun sosial şəbəkədə paylaşdığı statuslar adamı düşündürür, duyğulandırır, saflaşdırır. Bu böyük hərflə incəsənətdir. Bu bizim üçün bir vergidir, onu anlayıb qəbul edə bilən üçün vergidir (ənamdır). İrəliləyən və cavablar axtaran insan üçün yaradıcılıq vergisidir. Ona yiyələnmək asandırmı? Başqasinin dərdinə şərik çıxmaq və saflaşmaq, dərk və qəbul etmək – axı bu da böyük zəhmətdir.

Gəlin bir də çalışaq, axı gözəllik zəhmət vasitəsilə dərk edilir və verilir. Gəlin ruhumuzu çalışdıraq. Axı K.Baxışovanın duyğuları da, düşüncələri də, ağıllı fikirləri də, ziyası da qarşımızdadır...

Deyirlər, hər kəs öz əməli, nəcibliyi ilə o dünyasını qazanır. Könül xanımı tanıyan, şəxsiyyətinə hörmət bəsləyən bir qələm sahibi kKönül xanımimi əminəm ki, cənnət deyilən guşənin ən ali məqamında onun yeri mütləq olacaq. Çünki Könül xanım bu yeri öz xeyirxahlığı ilə hələ sağlığında qazanıb.

Bu sətirləri tamamlayarkən öyrəndim ki, qızı Elvinanın da mayın 5-də ad günüdür. Bundan böyük sevinc, toy-bayram ola bilərmi? Bir evdə eyni gündə şadlıq...
Könül Baxışova bu gün yaşının elə çağındadır ki, bu yaş qocalığın, yaxud orta keçidin əlaməti, fiziki ömrün göstəricisi də deyil. Bu yaş mənəvi ömrün yaşıdır.

Həm Könül xanıma, həm də qızına uzun və sağlam ömür, cansağlığı, yenə əvvəlki tempi saxlamaqla gözəl ovqat, ilham arzulayırıq.
Və sonda arzularımı misralara düzürəm.


Aman Allah, gül açacaq daş bu gün,
Könül xanım, bu şad günün mübarək!
Ümidlərin çiçək açır bax bu gün,
Yerin, göyün, asimanın mübarək!


Sözü baldı, dili baldı, ay Allah,
Hər kəlməsi xoş xəyaldı, ay Allah.
Gileyliyəm, Könül xanım hardadı,
Tac qoyası ay sultanım, mübarək!


Mən həsrətin əzabını görmüşəm,
Hər ağrıdan qəlbə çələng hörmüşəm.
Qızının adına gül də dərmişəm,
Hər ikinizin ad gününüz mübarək!


Çəkdiyim bu həsrət itər, nə gözəl,
Bağçasında güllər bitər, nə gözəl.
Arzum ikinizə yetər, nə gözəl,
Ay Elvina, ad gününüz mübarək!
Könülxanım, arzuların mübarək!


Daşdəmir ƏJDƏROĞLU
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti
Mənalı ömrün Könül hekayəti

Son xəbərlər

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031