
FED dollarla bağlı qərar verdi
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.
Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.
Açıq bazar əməliyyatları üzrə komitə federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.
Xatırladaq ki, Federal Ehtiyat Sistemi 2021-ci ildəki ikinci iclasında - martda da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb. Qərar bir sıra mütəxəssislərin proqnozları ilə üst-üstə düşür. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












