
Xəbərlər
21.03.2021, 00:32
Mingəçevirdə intihara cəhd edilib
Mingəçevirdə intihara cəhdin qarşısı alınıb.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kür çayı sahilində qeydə alınıb.
Özünü körpüdən çaya atmaq niyyətində olan gənc qadının intihara cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Qadın onu xilas edənlər tərəfindən xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qadın maddi vəziyyəti ilə əlaqədar bu addımı atıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













