
Xəbərlər
16.06.2019, 11:10
Azərbaycanda 11-ci sinif şagirdi özünü öldürdü

Sabirabad rayonunda intihar faktı qeydə alınıb.
APA xəbər verir ki, hadisə rayonun Ulacallı kəndində baş verib. 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadıqların evin həyətində aşkar edilib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









