
Xəbərlər
21.02.2021, 23:33
Azərbaycanda gecə saatlarında ağır yol qəzası: Ölən və yaralılar var
Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə “Tovuz Park”ın qarşısında qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub.
Qəza zamanı 1986-cı il təvəllüdlü Məmmədov Məqsəd Sabir oğlu dünyasını dəyişib. Üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










