
Möhtəşəm Qələbəmiz – Zəfərimiz mübarək!
Rəşadətli Ordumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin bütün ağırlıqlarını bizə unutdurdu. Artıq Bakıda Qarabağ küləyi əsir. İllər öncə bu cümləni dilə gətirəndə, ürəyimiz əsirdi. Sanki yuxu kimi gəlir bütün yaşananlar. Allah şəhidlərimizə rəhmət eləsin. Cənab Prezidentin də qeyd etdiyi kimi, onlar, aslan kimi vuruşdular. Bütün gücü isə ondan aldı hərbçilərim. Azərbaycan vətəndaşı olmaqdan qürur duyan hər kəs bu gün fəxrlə deyə bilər: Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!
Möhtərəm Prezident, şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilərin azad edilməsində qazanılan zəfərinə "Mübarək olsun!” deyir, ona hörmət və minnətdarlığımı bildirirəm. İnanıram ki, işğaldan azad edilmiş bütün ərazilərdə ən qısa zamanda quruculuq işləri başlayacaq və bu böyük zəfəriniz türk dünyasının birləşməsinə, bir olmasına imkan yaradacaq. Ali Baş Komandanımızın timsalında şanlı Azərbaycan Ordusunun bütün igid əsgərlərinə minnətdaram və ehtiramla sonsuz salamlarımı çatdırıram. Tanrı türk ümmətini qorusun!
İlham Əliyevin müsahibələri zamanı verdiyi səlis cavabları bizə güc verdi. Yüksək səslə bütün dünyaya haqq yolunda olduğumuzu bəyan etməyi, onun rəhbərliyi altında şanlı ordumuzun zəfər çalması bizi bir yumruq olan Azərbaycana çevirdi. Biz 44 günlük müharibədən sonra başqa bir Azərbaycan olduq! İlham Əliyevin yüksək hərbi şücaəti və diplomatik qalibiyyəti nəticəsində bizim müqəddəs torpaqlarımızın çox hissəsi işğaldan azad olundu. Ağdam və Kəlbəcər rayonları isə bir güllə belə atılmadan geri qaytarıldı. Uğrunda minlərlə şəhid verdiyimiz torpaqları şəhid vermədən azad etdiyi üçün Ali Baş Komandanımıza minnətdaram. Biz güclü bir liderlə, cəsur Ali Baş Komandanla Azərbaycanı bütün dünyaya yenidən tanıtdıq. O, Azərbaycanın qara bəxtli Qarabağına günəş kimi doğdu! O, Qarabağımızın fatehi, igid sərkərdəsidir! Cənab İlham Əliyevin sayənizdə bu gün mən qalib, düşmən tapdağında torpağı olmayan, başıdik, alnı açıq Azərbaycan vətəndaşıyam. Azərbaycan xalqı bir daha əmin oldu ki, gələcəyə İlhamla irəliləyəcək. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam.
Qısa bir müddətdə işğal olunmuş torpaqlarda və nəhayət, Qarabağın tacı olan Şuşamızda bayrağımızın dalğalanması Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu bir daha sübut etdi. Qarabağsız Azərbaycan tam deyildi, cənab Ali Baş Komandan Qarabağı yenidən bizə qaytardı. Tarixi ədaləti bərpa etdi və onu da sübut etdi ki, Qarabağ Azərbaycandır!
Qartallar oylağı Laçınımız da, mədəniyyətimizin beşiyi olan Şuşa da, gözəlliklər yurdu Kəlbəcər də, Zəngilan da, Füzuli də, Qubadlı da, Cəbrayıl da və digər strateji yüksəkliklərimiz, yaşayış məntəqələrimiz də mənfur düşmən işğalından azad olundu. Dövlətimiz Ali Baş Komandanın – Müzəffər Sərkərdənin güclü siyasəti və Ordumuzun qüdrəti sayəsində öz ərazi bütövlüyünü təmin etdi. Çox şükürlər olsun. Vətənimizin azad edilmiş hər guşəsinə şükür. Üçrəngli şanlı bayrağımızın Qarabağımızda dalğalandığını hər dəfə gördükdə gözlərim dolur. Qarabağımız azad olundu, doğmalarımızın və onlar kimi çoxlu şəhidimizin qanı yerdə qalmadı. İndi o şəhidlərin ruhu şaddır. Çox sağ olsunlar, əziz Prezidentim İlham Əliyev və onun xanımı Mehriban Əliyeva.
Zəfərimiz mübarək! Yaşasın qalib Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan!
Etibar Hüseynova
QMEVŞAİB-nin Bərdə şöbəsinin sədri,
YAP Bərdə rayon təşkilatının idarə heyətinin üzvü,“Tərəqqi” medallı,
KİV Həmkarlar İttifaqı diplomuna, “Beynəlxalq İnformasiya Agentliyi
tərəfindən “Xalq və Azərbaycan” naminə fəxri diplomuna, “Qızıl Buta”
mükafatına layiq görülmüş 2008-ci ilin Vətənpərvər xanımı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












