
Nesr
25.05.2019, 00:01
Sosial media nədir?
Cəmiyyət inkişaf etdikcə insanların dünya baxışları dəyişir. Bir vaxtlar internet istifadəçiləri yalnız gənclər idisə, indi yaşlılar və uşaqlar, qadınlar və kişilər, bir sözlə, hər kəs internet istifadəçisinə çevrilib. Artıq həyatımızda “Sosial media” var.
Sosial media nədir? Sosial media - sosial ünsiyyət və paylaşma üçündür. Sosial media daha əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları (msn,skype və s.), forum kimi insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.
Siz də öz informasiyanızı ilk öncə 1 neçə nəfər və ya kiçik qruplar arasında paylaşa bilərsiniz, amma şəbəkəniz artdıqca siz daha geniş kütləni məlumatlandırmış olacaqsınız. Lakin informasiyanızı paylaşmadan öncə, sosial medianı izləməli və insanların necə dialoq yaratdığını anlamaq lazımdır.
Yeni medianın yaranması hardasa keçən əsrə təsadüf edir. İnternet vasitəsi ilə informasiyanı dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılmağa başladı. İlk sosial şəbəkə 1979-cu ildə “Usernet” adı altında yaradılsa da, populyarlıq qazana bilmədi.
Ümumiyyətlə, sosial şəbəkə nədir? Sosial şəbəkə - İnternet istifadəçilərinin bir-biri ilə tanışlığı, informasiya mübadiləsi, müxtəlif mövzular ətrafında müzakirələrin aparılması üçün yaradılmış internet saytlardır. Misal olaraq, son zamanlar daha çox yayılmış Facebook-u göstərmək olar.
Elektron informasiya saytları artdıqca informasiyanın operativ və sürətli çatdırılmasına ehtiyac duyuldu, bununla da bloqlar yaradıldı.
Bəs bloq nədir? Bloqun hərfi mənası “web gündəliyi” deməkdir. Bloqlar bir və ya bir neçə nəfər, birlik və ya təşkilatlar tərəfindən yaradıla bilər. Beləliklə, hər kəs özünə bloq yaratmaqla həvəskar jurnalist (blogger) ola bilər. Bloqda yazılan yazılar heç bir senzuraya məruz qalmadığı üçün bütün dəqiqliyi ilə çatdırıla bilir.
Lakin dünyanın hər hansı bir yerində olan bir yeniliyi daha tez çatdıran platformalar mikro bloqlardır. Bu platformalardan informasiyanı bir neçə cümlə ilə telefondan belə yayımlamaq olar.
Müxtəlif mikro bloq saytları var: www.tumblr.com, www.plurk.com, www.jaiku.com, www.posterous.com, www.yammer.com və s. Amma hər zaman mikro bloqlar dedikdə, ağıla ilk öncə Twitter gəlir. Hər şeydən əvvəl o, sadəliyi ilə hər kəsi cəlb edir və 140 simvol ilə bu an nə etdiyimizi yazmaq imkanı verir. Twitter ingilis dilindən tərcümədə “civ-civ etmək”, “dil-dil ötmək” deməkdir.
Gəlin qisaca Twitter tarixinə nəzər salaq.
Ruby on Rails web platforması üzərində yaradılmış Twitter 2006-cı ilin mart ayında prototip olaraq 2 həftəlik meydana çıxsa da, 2006-cı ilin avqust ayında rəsmi olaraq istifadəyə verildi və 2007-ci ilin may ayında şirkətə çevrildi. Həmin il servisdə 6 günlük problem yarandı. 2008-ci ilin əvvəllərində isə Twitter yeni bazalar əsasında yerini Amazon S3 serverləri üzərində dəyişdi. Bu da servisin sabitləşməsinə gətirib çıxardı.
Hal-hazırda şirkətdə 400 nəfər ştatlı əməkdaş işləyir. Bu da şirkətin daima uğur qazanmasına və Twitter istifadəçilərinə növbəti 5 illikdə də layiqincə xidmət etməyə imkan verir.
Statistikaya görə, Twitterdə hər gün 500000 nəfər istifadəçi qeydiyyatdan keçir. Elə bunun nəticəsidir ki, istifadəçilər hər gün 140 milyon twitt əlavə edirlər, bu da 8 günə 1 milyarddan çox twitt deməkdir. Nəzərə alaq ki, ilk milyarda 3 il 2 ay 1 gün tələb olunmuşdu.
Məncə, 160 simvoldan ibarət sms yazmağı bacaran cəmiyyət, 140 simvoldan ibarət mikro bloq yazmağı da rahatlıqla bacarar.
Sosial medianin ənənəvi mediadan fərqləri
Sosial media qəzet, televiziya və film kimi ənənəvi mediadan fərqliklər göstərərlər. Ümumiyyətlə, ənənəvi media informasiyanın nəşr olunması üçün müəyyən qaynaqlara ehtiyac duyarkən, məlumatı nəşr etmək və ya çatmaq üçün ictimai media nisbi olaraq pulsuzdur və daxilolma vasitələri hər kəsə açıqdır (fərdlər belə istifadə edə bilər). Bir mətbəə sərmayəsi və ya TV yayımı etmək üçün zəruri olan lisenziyaya ehtiyac yoxdur.
Ənənəvi media, ümumiyyətlə, "sənaye", "broadcast" və ya "mass" media olaraq təyin olunur.
Sosial medianın və ənənəvi medianın ortaq daşıdığı bir xarakteristik xüsusiyyət, kiçik və ya böyük kütlələrə çata bilmələridir; məsələn, həm bir blog yazısı, həm də bir televiziya proqramı heç kimsəyə çatmaya da bilər, milyonlara da çata bilər. Sosial media və ənənəvi media arasındakı fərqləri təyin etməyə köməkçi olacaq xüsusiyyətlər istifadə edilən üsula görə fərqliliklər göstərə bilər. Bu xüsusiyyətlərdən bəzilərini belə sıralaya bilərik:
Daxilolma - Həm ənənəvi media həm də ictimai media texnologiyaları hər kəsin ümumi bir kütləyə çata bilməsinə imkan verir.
Əlyetərlilik - Ənənəvi media üçün istehsal etmək, ümumiyyətlə, xüsusi şirkətlərin və ya hökumətin sahibliyindədir. Sosial media vasitələri isə hər kəs tərəfindən az xərclə və ya heç bir xərc çəkmədən istifadə edilə bilər.
İstifadəlilik - Ənənəvi media istehsalı əsasən peşəkar qabiliyyətlər və təhsil tələb etməkdədir. Bir çox sosial media üçün bu lazım deyil və ya bəzən isə bu peşəkarlıq tamamilə dəyişmiş və yenidir, yəni hər kəs sosial media istehsalda ola bilər.
Yenilik - Ənənəvi media ünsiyyətlərində meydana gələn zaman fərqi (günlər, həftələr, hətta aylar) anında təsir və reaksiyası olan sosial media ilə müqayisə edildiyində çox uzundur (Reaksiyaların zaman aralığına iştirakçılar qərar verir). Ənənəvi media da sosial media tətbiqlərinə adaptasiya olmaqdadır, bu səbəbdən yaxın zamanda bu fərqlilik ortadan qalxacaq.
Davamlılıq - Ənənəvi media yarandıqdan sonra dəyişdirilə bilməz (bir jurnal məqaləsi çap olunduqdan və paylandıqdan sonra eyni məqalə üzərində dəyişiklik edilə bilməz), halbuki sosial mediada şərh edilə və ya yenidən tənzimləmə anında dəyişdirilə bilər.
Sosial medianin cəmiyyətə təsirləri
Sosial mediadan sonra insan həyatında bir çox şey dəyişməyə başladı. Sosial mediada mövcud olan məzmun istifadəçi tərəfindən yaradıldığından yaradıcılıq əhəmiyyət qazanmağa başladı və iştirak çağı doğuldu. Medianın məzmununu çıxaran və medianı izləyən arasındakı sərt ayrı-seçkilik ortadan qalxdı. Bu meydana gəlməyə bağlı olaraq dəyişmə sürəti atdı. İnsanlar üçün inovatif olmaq və yeniliklərdə başı çəkmək əhəmiyyət qazandı. Gerçəklər deyil fikirlər əhəmiyyət qazandı, obyektiv olmaq deyil içdən olmaq əhəmiyyətli hala gəldi.
Valideynlərlə uşaqları arasındakı ünsiyyət istiqaməti dəyişdi. Valideynlər indiki texnoloji şərtlərə yaxın şərtlərdə doğan uşaqlarının öyrənmə sürətlərinə yetişə bilmədikləri üçün bəzi şeyləri uşaqlarından öyrənməyə istəkli hala gəldilər. Bu öyrənmə nəticəsində sosial mediaya daha uyğun hala gələn valideynlər, uşaqlarıyla virtual mühiti paylaşmağa başladılar və uşaqlarının yoldaş ətraflarını da bu yolla daha yaxından tanıma imkanına qovuşdular.
Sosial medianın inkişafıyla, təhsil alanında yeniliklər edilməsi zəruri hala gəldi. Veb 2.0 a doğan uşaqları öyrədə bilmək üçün yeni üsullar yaradılması və bu üsulların yeni şeylər öyrətməsi ehtiyacı doğuldu. Sosial media ilə məktəblər divarlar arasında qalmaqdan xilas oldu. Təhsildə Veb 2.0 ilə inkişaf etdirilən yeni texnikalar istifadə edilməyə başlandı.
Sosial media istifadəsində məzmun əlavə edən hər fərd bərabər olduğundan demokratiya fikirinin insanların başına yerləşə bilməsi üçün uyğun mühit təmin edilməkdədir. Bu sayədə sosial media platformalarının istifadəçiləri azadca fikirlərini köçürə bilmə imkanı tapmaqdadır. Bu vəziyyət, kəslərin internetdə qarşıya qoyduqları düşüncələrə, paylaşmalara, tanışları olsun olmasın, digər kəslərin etdikləri şərhlər və geri elanlarla bir sosial qarlılıqlı təsir mühiti və gedərək virtual cəmiyyətlər meydana gətirməkdədir. Qərb dünyasının davamlı olaraq texnoloji inkişafları demokratiyanı yayıcı vasitələr olaraq satışa çıxarması, nəşr rejimlərin internet üzərindəki fəaliyyətlərini yalnız internet saytlarını bağlamaq və ya internet saytlarına daxilolma qadağan etməkdən çıxarıb, sosial paylaşma saytlarını etirazçıları izləməkdən yapış, öz təbliğat saytlarını qərargaha qədər genişləyən bir yelkəndə mövqe almağa yönəldə bilməkdədir.
İstifadəçinin yaratdığı məzmun, sosial mediada nəşr olunan hər məzmunun enində sonunda xalqa düşməsi və çıxar qrupları tərəfindən istifadə edilə bilər hala gəlməsi sosial medianın müzakirəli mövzularından biri hala gəlməkdədir. Bunun fərqində olmayan insanlar şəxsi həyatlarını sosial mediada nəşr etməyə davam etdikcə "şəxsi həyatın rentgenlənməsinin" sıravi və qəbul edilə bilər bir hal alması və ünsiyyətin bu yeni halının "şəxsiyyətsiz şəxsiyyətlər"i meydana gətirməkdə olduğu sosial media istifadəsinə istiqamətli ən böyük tənqidlərdən bəziləridir.
Cəmil ZƏBHULLAOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










