Zəngəzur bu qaydada Azərbaycana qaytarıla bilər... - Hərbi ekspert"Emənistanın bizə vurduğu ziyanı ödəmək kimi bir imkanı yoxdur. Buna görə də bu məbləğin bəlli bir hissəsi Azərbaycanın tarixi torpaqlarının kompensasiyası ilə nəticələnə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, Ermənistanın Azərbaycana vurduğu ziyan barədə 50 milyardlıq bir rəqəmin müzakirəsi gedir:

"50 milyard vurulan ziyana görə kifayət qədər kiçik rəqəmdir. Çünki tək "Söyüdlü" yatağından son iki ildə 144 ton qızıl çıxarılıb, bugünkü qiymətlərlə həmin qızılın dəyəri 7-8 milyard dollar arasında dəyişir. Əgər biz əvvəlki illərdə çıxarılan qızılı, istismar edilən digər 15 yataqdan dəyən ziyanı, qaçqın və köçkünlərin saxlanılmasına, infrastruktura vurulan ziyanı, ordunun artıq sayda silah, texnika və personala malik olmasına çəkilən xərcləri, müharibənin bizə vurduğu ziyanların aradan qaldırılmasına çəkilən xərcləri, ərazilərin azad edilməsi üçün çəkilən xərcləri, təbiətə və ərazimizə vurulan ziyanı və s. toplasaq, bu rəqəm ən azı 5-6 dəfə böyük olacaq. Emənistanın isə bu rəqəmi ödəmək imkanı yoxdur".

Ekspert hesab edir ki, maddi kompensasiyanın ərazi ilə əvəz edilməsi barədə konkret nəsə demək hələ çox erkəndir:

"İlk növbədə dəyən ziyanın hesablanması, beynəlxalq ekspertlərin bu işə cəlb olunması, xüsusi ilə də Ermənistan yönümlü mövqe tutan ölkələrdən olan mütəxəsislərin bura dəvət edilməsi vacibdir. Bundan sonra əldə olunan hesabatlar və sənədlər aidiyyatı qurumlara tədqim edilməli, beynəlxalq təşkilatlarda məsələ qaldırılmalı, müzakirələrə başlanmalı və kompensasiya ilə bağlı hüquqi qərar əldə edilməlidir".

Ədalət Verdiyev bildirib ki, kompensasiyanın məbləği dəqiqləşəndən sonra artıq onun ödənilməsi barədə Azərbaycanın tarixi torpaqlarının kompensasiya əvəzi olaraq Azərbaycana qaytarılması müzakirə oluna bilər:

"Ərazi seçiminə gəldikdə isə əslində Ermənistan ərazisi keçmişdə tamamilə Azərbaycana məxsus torpaqlardır. Göyçə mahalı, Zəngəzur, İrəvan xanlığı və s. Amma bizə daha real görünən Zəngəzur mahalıdır. Ona görə ki, Zəngəzur mahalının Ermənistana verilməsi, Azərbaycan ilə Naxçıvanı bir-birindən ayırıb. Zəngəzurun Ermənistana aid olması indi də Naxçıvanla sıx təmaslarımızı əngəlləyir. Ona görə də bu məsələdə Azərbaycanın üstünlük verə biləcəyi əsas ərazinin Zəngəzur mahalı olacağı ehtimal edilir".

Bahar Rüstəmli

Son xəbərlər

Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb

Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib

Lənkəranda torpaq sürüşdü - Ulum çayına töküldü-Foto

Zəhərlənən qadın 15 gün sonra öldü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

Süni intellektdən istifadə düşünmə qabiliyyətini zəiflədə bilər

Gizli, yoxsa razılaşdırılmış nəzarət? - Uşaq hiss etməlidir ki...

Hisslərimizi cilovlaya bilməyəndə...

Azərbaycan və Portuqaliya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

“Ayrıldıq, o evləndi, mən küçələrə düşdüm”

“Yeraltı”nın yayımı dayandırılır?

Seçmə mərhələ: Azərbaycanın qadın futbol millisi Andorra ilə qarşılaşacaq

Başlıbel qətliamından 33 il ötür

Heç zaman bükülməz biləyim,Dağlar! - FOTO

Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR

Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq

Azərbaycan nefti ucuzlaşıb

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb

Dağıstan üçün 5 milyon ianə etdi

38 yaşlı sürücü sükan arxasında öldü

Məlahət Behbudqızı ✍️ : Həyat eşqi - FOTO

“Fənərbağça” xallar itirdi

Xəlil Mirzə : Məni bədbinlikdə suçlandırmayın - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930